Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Mədəniyyət
19 okt 2026 | 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
“44” bədii filmi xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını və sarsılmaz birliyini ekranlara gətirən, müharibənin ağır sınaqları fonunda insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs edən təsirli bir əsərdir. Filmin yaradıcı heyəti bu mühüm hekayəni böyük zəhmət və məsuliyyətlə ərsəyə gətirib.
Azerimedia.az xəbər verir ki, bu barədə Azərbaycan Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.

Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.

Qanun pozuntusu faktlarını aşkar edildikdə, təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir.
Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Dünən, 10:18
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video
Dünən, 10:00
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Dünən, 09:21
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
16-10-2026, 17:46
Yüzə yaxın stomatoloq qanunsuz fəaliyyət göstərirmiş - Yoxlama
16-10-2026, 17:07
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
16-10-2026, 16:30
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
16-10-2026, 16:30
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
16-10-2026, 15:06
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
16-10-2026, 14:30
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
16-10-2026, 13:30
İran və Azərbaycan müştərək yeraltı anbarlar yarada bilər
16-10-2026, 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
16-10-2026, 13:08
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
16-10-2026, 12:40
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
16-10-2026, 12:30
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
16-10-2026, 12:22
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub