Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Sosial
19 okt 2026 | 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Azərbaycanın yeni təyin olunan səhiyyə naziri Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub.
Bu barədə nazirlikdən məlumat verilib.

Yeni naziri kollektivə oktyabrın 19-da səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunan Teymur Musayev təqdim edib.

Təqdimat mərasimində çıxış edən T.Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirilib ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.



Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR
Dünən, 10:18
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video
Dünən, 10:00
Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Dünən, 09:21
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
16-10-2026, 17:46
Yüzə yaxın stomatoloq qanunsuz fəaliyyət göstərirmiş - Yoxlama
16-10-2026, 17:07
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
16-10-2026, 16:30
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
16-10-2026, 16:30
Həlak olan minatəmizləyənlərin ailələri üçün yeni güzəşt
16-10-2026, 15:06
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
16-10-2026, 14:30
Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
16-10-2026, 13:30
İran və Azərbaycan müştərək yeraltı anbarlar yarada bilər
16-10-2026, 13:10
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilir - Foto
16-10-2026, 13:08
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
16-10-2026, 12:40
İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto
16-10-2026, 12:30
Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
16-10-2026, 12:22
İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub