Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı oldu
Bölgə
20 okt 2026 | 10:00
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı oldu
Laçının Şamkənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Azerimedia.az xəbər verir ki, abidə kompleksi dövlətin bərpa və quruculuq işlərinə dəstək məqsədilə kənd sakinlərinin təşəbbüsü ilə inşa edilib.

Mərasimdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Laçın Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, Laçın Rayon Müharibə və Əmək Veteranları təşkilatının sədri, rayon ağsaqqalı Qəzənfər Hüseynov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.

Mərasimdə Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyeva, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın şəhər sakini Qəzənfər Hüseynov, şəhid ailələrinin üzvləri və rayon ziyalıları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qəhrəmanlığı və onların xatirəsinin yaşadılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaq həsrətinə son qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və diplomatik xidməti xüsusi qeyd olunub.

Mərasimin sonunda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.

Qeyd edək ki, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı Şamkənd kəndi ümumilikdə 41 şəhid verib. Onlardan 7 nəfəri "Tunel" qətliamı (Kəlbəcər-Laçın avtomobil yolu üzərindəki "Tunel" ərazisi), 20 nəfəri isə Ballıqaya qətliamı zamanı amansızlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında 6 azyaşlı uşaq da olub. Onların ən kiçiyi cəmi 6 aylıq körpə olub.

Şamkənd şəhidlərindən biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, biri isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Hazırda şəhidlərdən 8 nəfəri itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Daha 3 şəhidin nəşi isə 44 günlük Vətən müharibəsindən sonra aşkar edilərək dəfn olunub.

Şamkənd kəndində ucaldılan abidə kompleksi şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.









Bu gün, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Bu gün, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Bu gün, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Bu gün, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Bu gün, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Bu gün, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Bu gün, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Bu gün, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Bu gün, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Bu gün, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı
Bu gün, 10:28
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bu gün, 10:00
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı oldu
Bu gün, 09:45
Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 09:33
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR