Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası"na müvafiq olaraq "Şəxsi kabinet" yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.
Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlarla aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları (Azərbaycan dilində, rus dilində);
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.
Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.
İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi "qeyri-kafi" qiymətləndirildikdə ona şəhadətnamə verilmir.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 26 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.
Bu gün, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Bu gün, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Bu gün, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Bu gün, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Bu gün, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Bu gün, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Bu gün, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Bu gün, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Bu gün, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Bu gün, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı
Bu gün, 10:28
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bu gün, 10:00
Laçında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı oldu
Bu gün, 09:45
Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 09:33
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
Dünən, 17:18
Bu əraziyə dəmir yolu çəkiləcək - 7 milyon manat ayrıldı
Dünən, 16:25
Fransa qarışdı - Tramp Makrona bunu məsləhət gördü
Dünən, 16:10
Azərbaycan İrana arpa tədarükünü bərpa etdi
Dünən, 15:30
Mərkəzdə yeni inklüziv təlim və tədris mərkəzi yaradıldı - FOTOLAR
Dünən, 15:28
Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI
Dünən, 15:20
Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Dünən, 14:30
Ötən həftə 1420 hektar ərazi minalardan təmizlənib
Dünən, 14:20
Keçmiş nazir yeni naziri kollektivə təqdim etdi - FOTOLAR
Dünən, 14:17
Prezident onları təltif etdi - ADLAR
Dünən, 14:00
Agentlik “44” filmi ilə bağlı ictimaiyyətə müraciət etdi
Dünən, 13:50
“Semaşko”nun bu binasına 1,9 milyon manat ayrılır
Dünən, 13:30
TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi? - DETALLAR