Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt
Dünya
3 sen 2026 | 14:14
Tramp-Si görüşünün şifrələri: Tayvan, İran, ticarət savaşı, süni intellekt


Yeni dünya düzəninin gələcək taleyi…
Sentyabrın üçüncü ongünlüynüdə Vaşinqtonda Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutacaq görüş ABŞ–Çin rəqabətinin yeni mərhələsinin istiqamətini müəyyənləşdirə biləcək strateji hadisə olacaq.

Trampın Pekinə səfərindən sonra Si Cinpinin Vaşinqtona gəlməsi iki ölkənin münasibətlərində qarşılıqlı jestlər mərhələsinin davam etdiyini göstərir. Lakin burada əsas məsələ münasibətlərin “dostluq” səviyyəsinə gətirilməsi deyil, Vaşinqton və Pekinin rəqabəti idarə olunan çərçivədə saxlaya bilib-bilməyəcəyidir. Çünki ABŞ və Çin artıq yalnız ticarət tərəfdaşları deyil, eyni zamanda texnologiya, süni intellekt, strateji resurslar, təhlükəsizlik və qlobal təsir uğrunda rəqabət aparan iki əsas güc mərkəzidir.

Ticarət: tarif müharibəsindən yeni balans axtarışına
Görüşün ən real nəticə verə biləcək istiqaməti iqtisadi münasibətlərdir. ABŞ administrasiyası Çinin ixrac üstünlüyünü, sənaye subsidiyalarını və bazar disbalansını ciddi problem hesab edir. Vaşinqtonun mövqeyinə görə, Çin istehsal gücünün yaratdığı artıq məhsulu dünya bazarlarına yönəldərək ABŞ və digər ölkələrin sənaye sektorlarına təzyiq göstərir. ABŞ rəsmiləri son həftələrdə də Çinlə bağlı tarif və ticarət balansı məsələlərini gündəmdə saxlayıblar.
Pekin isə ABŞ-ın tarif siyasətini iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir.
Bu səbəbdən Tramp-Cinpin görüşündə böyük ehtimalla tammiqyaslı ticarət sazişindən daha çox sektorlar üzrə taktiki razılaşmalar gündəmə gələcək. Başqa sözlə, tərəflər bütün problemləri həll etməyə yox, ən təhlükəli problemlərin böhran yaratmasının qarşısını almağa çalışacaqlar. Bu, əslində, yeni ABŞ–Çin münasibətlərinin əsas formulunu ortaya qoyur: “Rəqabət davam edir, lakin rəqabət müharibəyə çevrilməməlidir.”
Süni intellekt: yeni strateji rəqabətin əsas cəbhəsi
Görüşün ən mühüm və gələcəyə hesablanmış istiqamətlərindən biri süni intellekt olacaq. Tramp artıq Si Cinpinlə görüşdə süni intellekt məsələsini müzakirə edəcəyini açıqlayıb və bu da təsadüfi deyil. ABŞ üçün əsas məsələ texnoloji liderliyini qorumaqdır. Çin üçün isə texnologiya sahəsində ABŞ-dan asılılığı azaltmaq və öz innovasiya ekosistemini gücləndirmək strateji prioritetdir.
Tərəflər ən azı süni intellektin təhlükəsizliyi, yüksək riskli sistemlərin idarə olunması və müəyyən texnologiyaların istifadəsinə dair minimum qaydalar müəyyənləşdirə bilsələr, bu, ABŞ-Çin münasibətlərində əhəmiyyətli etimad mexanizminə çevrilə bilər. Amma burada da illüziyalara qapanmağa ehtiyac yoxdur. Rəqabət davam edəcək.

Tayvan: görüşün ən həssas nöqtəsi
Bütün iqtisadi və texnoloji məsələlərin fonunda ən çətin mövzu yenə də Tayvan olacaq. Tayvan məsələsi Çin üçün suverenlik və milli birlik məsələsidir. ABŞ üçün isə Tayvan Asiya-Sakit okean təhlükəsizlik sisteminin və Çinə qarşı strateji çəkindirmə siyasətinin mühüm elementidir. May ayında Pekində keçirilən Si-Tramp görüşündə də Tayvan məsələsinin əsas təhlükəsizlik mövzularından biri olub. Bu səbəbdən Vaşinqton görüşündən Tayvan probleminin həllində hanısasa irəliləyiş gözləməyə dəyməz. Ən yaxşı halda, tərəflər Tayvan məsələsində qırmızı xətlərin toqquşmasını əngəlləyən mexanizmləri qorumaq olacaq. Çünki bəzən böyük dövlətlər problemin həllinə yox, problemin idarə olunmasına üstünlük verirlər. ABŞ və Çin üçün Tayvan məsələsində hazırkı mərhələdə məhz bu yanaşma daha real görünür.

İran və Hörmüz: Çin-ABŞ rəqabəti…
Görüşün başqa mühüm istiqaməti Yaxın Şərqdəki vəziyyət olacaq. ABŞ və Çin İran məsələsinə eyni prizmadan baxmırlar. Lakin Hörmüz boğazında təhlükəsizlik böhranı hər iki dövlətin iqtisadi maraqlarına toxunur.
Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və Yaxın Şərqdən enerji axınının pozulması Pekinin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
ABŞ isə regiondakı hərbi və siyasi proseslərin əsas aktorlarından biridir. Beləliklə, İran və Hörmüz məsələsi paradoksal vəziyyət yaradır. Belə ki, Vaşinqton və Pekin geosiyasi rəqib olmalarına baxmayaraq, qlobal enerji və ticarət sisteminin nəzarətsiz böhrana sürüklənməsində hər iki tərəfin itirəcəyi çox şey var. Ona görə də İran mövzusunda tərəflərdən böhranın idarə olunması və kommunikasiya kanallarının açıq saxlanılması barədə praqmatik yanaşma gözləmək mümkündür.
Görüşün əsas məqsədi: “böyük sülh” yox, “böyük sabitlik”
Tramp-Si görüşünün yekununda hər hansı bir sənəd imzalanmasa belə, ən mühüm nəticə strateji kommunikasiyanın davamlılığının qorunması ola bilər. Çünki ABŞ-Çin münasibətlərində əsas təhlükə təkcə fikir ayrılıqları deyil. Əsas təhlükə yanlış hesablamadır. Yanlış bir eskalasiya iki ölkənin münasibətlərini qısa müddətdə böhran mərhələsinə keçirə bilər. Bu baxımdan liderlərin birbaşa görüşməsi xüsusi əhəmiyyət daşıyır. Diplomatik kanalların işləməsi o deməkdir ki, Vaşinqton və Pekin rəqabətin müəyyən sərhədlər daxilində saxlanmasının zəruriliyini anlayırlar.
Görün əsas mahiyyəti də elə bundan ibarətdir. Böyük güclər arasında diplomatiyanın əsl dəyəri də elə həll edilə bilməyən problemləri bir anda həll etməkdə deyil, onların müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, dünya iqtisadiyyatının iki əsas güc mərkəzi olaraq birbaşa dialoq aparmağa məcburdurlar. Çünki qlobal iqtisadiyyat, enerji bazarları, texnologiya, logistika və maliyyə sistemi bu iki dövlətin qərarlarından ciddi şəkildə asılıdır.
Baş tutacaq Tram-Si görüşünü nəticə olaraq belə xarakterizə etmək olar. Dünyanı dəyişdirəcək razılaşmadan daha çox, dünyanın daha təhlükəli istiqamətə dəyişməsinin qarşısını almağa çalışmaq və yeni dünya düzəninə daha ağrısız keçidi təmin etmək. Çünki ABŞ və Çin arasında münasibətlərin gələcəyi artıq yalnız iki ölkənin deyil, həm də yeni dünya düzənin necə formalaşdırılacağının taleyini həll edir. Bu baxımdan hər iki ölkə bu məsələdə böyük məsuliyyət daşıyır.
23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
23-10-2026, 09:30
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
22-10-2026, 13:58
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq
22-10-2026, 13:55
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
22-10-2026, 13:37
Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çobanı qaytaracağıq"
22-10-2026, 13:17
Sovet dövründən qalma binalar yeniləniləcək
22-10-2026, 12:40
Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi
22-10-2026, 12:38
Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
22-10-2026, 12:30
Rumıniya məhkəməsində Azərbaycan izi: Bakıdakı səfirliyin adından saxta sənədlər hazırlandı
22-10-2026, 12:20
İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi
22-10-2026, 11:50
Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto
22-10-2026, 11:32
Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video
22-10-2026, 10:35
Havanın isti keçməsinin səbəbi açıqlandı
22-10-2026, 10:03
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq