Los-Ancelesdə meşə yanğınları zamanı ölənlərin sayı artıb
Dünya
10 yan 2025 | 13:20
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Azerimedia.Az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, bu barədə Los-Anceles dairə Məhkəmə-Tibb Ekspertizası Departamentindən bəyan edilib.

Bildirilir ki, hazırda ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi davam edir.

"Yanğın vəziyyəti və təhlükəsizlik mülahizələrinə görə qurum bütün ölüm hallarına reaksiya verə bilmədiyindən identifikasiya bir neçə həftə çəkə bilər", - deyə bəyanatda vurğulanıb.

09:38

Kaliforniyada yanğınlarda ölənlərin sayı artıb.

Azerimedia.Az-ın "CBS News" telekanalına istinadla məlumatına görə, bu barədə Los-Anceles Yanğınsöndürmə Xidmətindən xəbər verilib.

"Poliseyds yanğınında iki nəfər həlak olub. Beləliklə, meşə yanğınlarında ölənlərin sayı yeddiyə çatıb", - deyə qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Poliseyds və İtondakı yanğınlar hətta bir neçə faiz də lokallaşdırılmayıb. Birinci yanğın artıq 8 min hektardan çox, ikincisi isə 5.5 min hektar ərazini əhatə edib.

"Bəlkə də, ölkə tarixində ilk dəfədir ki, qasırğa gücündə küləklərlə əhatə olunmuş bir neçə yanğın eyni vaxtda baş verib", - deyə məlumatda əlavə edilib.

Təbii fəlakət nəticəsində İtonda bir neçə yanğınsöndürən xəsarət alıb.

Yanğının səbəbi hələ də məlum deyil, araşdırma davam edir.

Son məlumatlara görə, Poliseydsdəki yanğın təxminən 5.3 min tikilini məhv edib. Qeyd olunur ki, bu, Kaliforniya tarixində məhv edilmiş tikililərin sayına görə üçüncü ən dağıdıcı yanğındır.

Yeri gəlmişkən, ABŞ-nin həftəlik "Newsweek" xəbər jurnalı yazır ki, Kaliforniya sığorta şirkəti Los-Anceles meşə yanğınlarından bir neçə ay əvvəl sığorta şəhadətnamələrini (sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd) ləğv edib. Beləliklə, sakinlər sığorta təminatlarından məhrum olublar.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman