Gözəl insan, görkəmli alim...
Abel Məmmədəli oğlu Məhərrəmov kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı. Bu elmi titulları sadalamaq onları qazanmaq üçün çəkilən bir ömürlük zəhmətin dəyərini ölçməyə bəs etmir. Ömrünü elmə həsr etmiş əsl alimlər bu elmi adları qazanmağın nə qədər çətin, həm də şərəfli, zəhmətli bir iş olduğunu dərk edə bilərlər. Kiçik həcmli bir məqaləni yazmaq da insandan xüsusi bacarıq tələb edir. Görünür ki, alimlər də Allah tərəfindən xüsusi bacarıq verilmiş insanlar qisminə aiddir.
Əsl alimdə Allah tərəfindən verilmiş xüsusi bir istedad var. Ömrünü elmə həsr etmiş alimlərin cəmiyyətə bəxş etdikləri isə bilikdir, insanların beynini, şüurunu işıqlandıran nurdur. Məhz belə nurlu, dəyərli alimlərdən biri də bütün mənalı ömrünü elmə həsr etmiş Abel Məmmədəli oğlu Məhərrəmovdur. O, şərəfli bir ömür yaşamış, milli təhsilimizə böyük elmi töhvələr vermişdir.
Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakultəsinə daxil olmuşdur. 1971-ci il universiteti əla qiymətlərlə başa vurduqdan sonra təyyinatla Ümumiittifaq Elmi-tədqiqat Olefinlər instituna göndərilmişdir. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin üzvü kimya ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə orada “ikiqat rabitələrə birləşmə reaksiyalarında sulfehilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəliyyətə başlamış, 1993-cü ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışmışdır. Fəal pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmdə də inamlı addımlar atan Abel Məhərrəmov gərgin əməyinin bəhrəsi olaraq 1991-ci ildə “Alkenlərin, üçüzvülük və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə ona üzvü kimya ixtisasi üzrə professor adı verilmişdir. Ümumiyyətlə akademik Abel Məhərrəmov indiyədək 24 monoqrafiya, 35 dərslik və dərs vəsaiti, 55 ixtiraçı dərc edilmişdir. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür.
Rektorluq etdiyi illərdə Abel Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin məzmun və formatca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu ali təhsil ocağında ictimai fəallıq, gənclərin BDU-nin elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir.
“Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə” “Qızıl Buta” mükaftına layiq görülmüş, 2005-ci ildə BDU-nun 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli əmək ordeni ilə mükafatlandırılmışdır. Akademik A.Məhərrəmov müxtəlif dövrlərdə müxtəlif ölkələrin orden və medalları ilə təltif olunmuşdur.
Abel müəllimin təkcə Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyində, xarici ölkələrdə kimya elminin görkəmli simalarından biri kimi tanınır.
Hansı sahədə çalışmasından asılı olmayaraq, öz işinə məsuliyyət hissi ilə yanaşan insanlar həmişə cəmiyyətdə hörmət sahibi olurlar. Belə insanlar həm də öz yüksək bilik səviyyələri və peşəkarlıqları ilə diqqəti cəlb edirlər. Yüksək bilik və peşəkarlıq isə insanın öz qabiliyyətini müəyyən edən əsas göstəricilərdir. Bu baxımdan tam əsasla deyə bilərik ki, xalqımızın böyük alimi , nadir istedad sahibi Abel Məhərrəmov kimya elminin karifeylərindən biri olmaqla bərabər, həm də xalqımıza böyük şöhrət, qürur gətirən bir şəxsiyyət ziyalıdır. Mübaliqəsiz deyə bilərik ki, kimya elmləri doktoru, professor Abel Məhərrəmov Allah-Təalanın xalqımıza bəxş etdiyi fitri istedada malik bir insandır.
Cavad Həsənli
Dünən, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Dünən, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Dünən, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Dünən, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dünən, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Dünən, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Dünən, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Dünən, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Dünən, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Dünən, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Dünən, 11:08
"Space" telekanalı BAĞLANIR?
Dünən, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Dünən, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Dünən, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Dünən, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO
