Qurban Qurbanovun SƏRT REAKSİYASINA qurumlardan CAVAB
Son günlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionu ilə bağlı sərt etirazı müzakirə mövzusudur.
Misli Premyer Liqasının 20-ci turunda "İmişli" ilə səfər matçında minimal hesabla qalib gəlmələrinə baxmayaraq, Ağdam klubunun çalışdırıcısı meydançanın bərbad durumuna dair narazılığını sərt şəkildə ifadə edib. O deyib ki, oyunçularının fiziki bərpası 3-4 gün çəkəcək, bu da "Nyukasl"la qarşıdakı (18 fevral) Çempionlar Liqası oyununa təsirini göstərəcək.
Adətən, 53 yaşlı mütəxəssis həm meydanda, həm də mətbuat konfranslarında səbirli, soyuqqanlı davranışı və cavabları ilə seçilir. Bu dəfə isə əksinə olub. Görün, meydançanın durumu necə bərbad halda olub ki, hətta Qurban Qurbanov da emosiyalarını dilə gətirib, eləcə də "İmişli" klubuna irad tutub.
Bəs bu meydançada oyunların keçirilməsinə futbol qurumları niyə razılıq verib və buna görə məsuliyyət kimin üzərinə düşür - Azərbaycan futbolunun ali qərarverici orqanı AFFA-nın, yoxsa çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının (PFL)?
Oxu.Az xəbər verir ki, yaranmış problemlə əlaqədar həm AFFA, həm də PFL Qol.az saytının sorğularına cavab verib.
AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Murad Axundov təmsilçisi olduğu qurumun adından verdiyi açıqlamada bu məsələyə görə, assosiasiyanın deyil, Peşəkar Futbol Liqasının məsuliyyət daşıdığını bildirib:
"Lisenziyalaşdırma zamanı klublar oynayacağı stadionu sifariş verir. PFL-in də nümayəndələri o stadiona baxış keçirib, rəy bildirirlər. Daha sonra isə onlar bizə rəsmi müraciət edirlər ki, bu stadionda oyun keçirmək olar, ya yox? Quba OİK-in Stadionunu "İmişli" Futbol Klubu sifariş etmişdi. Daha sonra PFL-in əməkdaşları orada təftiş keçirmişdilər və sonra bizə bildirmişdilər ki, bu stadionda Premyer Liqa matçı oynamaq olar. Xatırlayırsınızsa, çatışmazlıqları aradan qaldırmaq üçün müraciət əsasında Şamaxı şəhər stadionu AFFA tərəfindən ikioyunluq "İmişli"yə verilmişdi. Daha sonra onlar Quba stadionunda oynadılar. Bu da sırf Peşəkar Futbol Liqasının rəyindən, onların təftişindən sonra baş vermişdi.
AFFA olaraq Premyer Liqa matçının oyunlarını keçirmək üçün stadionlara baxışı və təftişi biz etmirik. Bu, PFL-in məsuliyyətindədir. Həmçinin Tovuz şəhər stadionu və Yevlax şəhər stadionları da bu mövsüm sırf PFL tərəfindən təftiş olunub. Müvafiq rəy əsasında onlar bizə bildirmişdilər ki, bu stadionlarda oyun keçirmək mümkündür. Yəni biz AFFA olaraq Premyer Liqada çıxış edən heç bir klubun stadionuna rəy bildirmirik. Bu, tam olaraq PFL-in məsuliyyətindədir".
Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov bildirib ki, rəhbəri olduğu qurumun qəbul etdiyi hər bir qərarın əsasları var:
"Ümumiyyətlə, "İmişli" niyə Quba OİK stadionunda oynayır?" sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır.
Bildirmək istərdik ki, "İmişli" klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki "İmişli", hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib. "İmişli" klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsinin səbəbi artıq ictimaiyyətə açıqlanıb.
Prosesə yanaşma baxımından PFL eyni addımları "Karvan" klubundan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər - isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, "miks" (qarışıq, əsasən TV müsahibə üçün) zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. "Karvan" stadionunun qazonunun FIFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik.
Bu gün isə Yevlax təmsilçisi, hətta "Kəpəz" klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir".
E.Səmədovun dediyinə görə, Premyer Liqanın startı ərəfəsində stadionlarla bağlı durum fərqli idi:
"Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı "Kəpəz", Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı "Karvan" klubu istifadə edirdi. "Bayıl Arena" Premyer Liqa üçün qəbul olunmadığına, "Kapital Bank Arena"nın qazonu isə hazır olmadığına görə "İmişli" klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, "miks" (qarışıq, əsasən TV müsahibə üçün) zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə "İmişli" ikioyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq "İmişli"yə Quba OİK-də oynamaq icazəsi verildi.
Bəli, biz də qəbul edirik ki, hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə, demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra PFL qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. "Hazırda klubun başqa stadionda oynamaq şansları necədir?" sualı isə təhlil olunmalıdır. PFL, öz növbəsində, "İmişli"nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq".

Dünən, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Dünən, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Dünən, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Dünən, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Dünən, 17:35
Qızıl və gümüş bahalaşdı
Dünən, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Dünən, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Dünən, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Dünən, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Dünən, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib
Dünən, 15:24
Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü
Dünən, 15:02
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Dünən, 14:30
Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR
Dünən, 14:26
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO - VİDEO
Dünən, 14:11
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
Dünən, 14:04
Jurnalistika ixtisasını seçənlərin NƏZƏRİNƏ: DƏYİŞİKLİK EDİLDİ
Dünən, 13:05
İşəgötürənlərin NƏZƏRİNƏ: "İşçi xəbər verməmişdi" bəhanəsi keçərsizdir"
Dünən, 11:53
Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadıldı
Dünən, 11:50
Əfqanıstanda daşqın fəlakəti: Azı 20 nəfər ölüb, yüzdən çox insan itkin düşüb - VİDEO
Dünən, 11:43
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq
Dünən, 11:24
Çin və Filippin arasında gərginlik: Rəsmi Pekin səfiri XİN-ə çağırdı
Dünən, 11:15
Azərbaycanda əhalinin gəlirləri ARTIB - RƏSMİ
Dünən, 11:07
İlham Əliyev Kral Filipi təbrik etdi
Dünən, 10:59
"Sultan Həsən Bahadur" filminin təqdimatı olub - FOTO - VİDEO
Dünən, 10:23
Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
Dünən, 10:10
Azərbaycanda əhalinin sayı artıb