Ümummilli Lider Heydər Əliyev – 103
Bu gün mayın 10-u Azərbaycan xalqı dahi şəxsiyyət, uzaqgörən siyasətçi və ümummilli lider Heydər Əlirza oğlu Əliyevin doğum günündən 103 ili qarşılayır. Bütün idarə və təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu münasibətlə tədbirlər keçirilir. Bu kimi tədbirlər Heydər Əliyev ümummilli məhəbbətinin əyani sübutudur.
Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər 23-cü ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun əməlləri, siyasəti, ideyaları qəlbimizdə əbədi yaşayacaqdır. Biz, ulu öndəri bir daha ruhu şad olsun deyirik.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ulu öndərimiz Heydər Əliyevin müstəsna yeri vardır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimizin hakimiyyətdə olduğu — istər 1969-1982-ci illər, istərsə də 1993-2003-cü illər Azərbaycanın sözün həqiqi mənasında çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.
Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin təməl daşları hələ Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə qoyulmuşdu. Müstəqillik illərində isə məhz ulu öndərimizin gərgin və titanik səyləri, düşünülmüş müdrik siyasət kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmiş, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəlmişdir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünyada baş verən proseslərə təsiri baxımından xüsusi seçilən və bəşəriyyətin ən aktual çağırışlarına cavab verən dahi Heydər Əliyev zamanımızın tanınmış siyasi və ictimai xadimləri arasında müstəsna yer tutur. Ulu öndərimizin siyasi kursu daim Azərbaycana uğur gətirib və bu gün də gətirməkdədir.
Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçilik məktəbi Azərbaycanı yaxın tariximizin ən keşməkeşli sınaqlarından uğurla çıxarmaqla yanaşı, ölkəmizin perspektiv inkişafının da təməl konturlarını əsaslı şəkildə müəyyənləşdirmişdir.
Hazırda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı işıqlı gələcəyə aparan tərəqqi və inkişaf yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və bu yol gələcəkdə də Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını və xalqımızın həyat səviyyəsinin gündən-günə yüksəlməsini təmin edəcəkdir.
Bir daha bildirirəm Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Hacı Məhərrəm Novruzov
"Qurtuluş -93 yaşayış kompleksinin rəhbəri
Dünən, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
Dünən, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
Dünən, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
Dünən, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
Dünən, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
Dünən, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
Dünən, 11:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Dünən, 11:32
Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 11:27
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Dünən, 10:35
Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI
Dünən, 10:30
Azərbaycanda yeni iş yerləri yaradılacaq
Dünən, 09:44
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Dünən, 09:42
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Dünən, 09:40
ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu
Dünən, 09:30
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Dünən, 09:00
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
22-09-2026, 13:41
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
22-09-2026, 12:44
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
22-09-2026, 12:10
Prezident İlham Əliyev müşavirə keçirdi
22-09-2026, 11:38
Bakı Bulvarı bu gündən bağlanır - Səbəb
22-09-2026, 11:23
Pensiyaçılara ŞAD XƏBƏR
22-09-2026, 10:14
Dövlət universiteti işçilər axtarır
22-09-2026, 09:30
Evdə bişirib satanların nəzərinə: Sertifikat tələb olunacaq – VİDEO
22-09-2026, 09:28
Qərbi Azərbaycan İcmasında yeni İşçi Qrup yaradıldı
21-09-2026, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
21-09-2026, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
21-09-2026, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
