Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb
Gündəm
26 fev 2024 | 10:00
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik: “Fevralın 26-da Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 32 il ötür.

Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib.

1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi.

İşğal nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum qalır.

Heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” etirafı törədilmiş qətliamın təsadüfi deyil, məhz soyqırımıcinayəti kimi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılaraq bu ölkənin tabeliyindəki qüvvələr tərəfindən icra edildiyinə dair heç bir şübhə doğurmur.

Ermənistanın azərbaycanlılara qarşı törətdikləri digər insanlıq əleyhinə cinayətlər kimi, Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı. Bu, bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb edilməməsinin ağır nəticələrini göstərir.

Bu baxımdan cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli Bayrağımız dalğalanır.

Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur.

Bununla yanaşı, Azərbaycan tərəfi inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Allah rəhmət eləsin!”
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman