Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
Xatırladaq ki, 2022-ci ilin ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.
Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Dünən, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
Dünən, 15:58
Prezident onları təltif etdi - ADLAR
Dünən, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
Dünən, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
Dünən, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
Dünən, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
Dünən, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
