Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO

Azerimedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini, polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini, polkovnik Almazbek Asanov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, federasiyaya üzv ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.
Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov açılış nitqi ilə iştirakçıları salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib.
"Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır" - deyə K.Heydərov qeyd edib.
Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini bildirib.
Nazir Kəmaləddin Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.
Sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.
Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.
Ardından proqrama uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. Yekunda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov (Rusiya) qazanıb. Gümüş mükafatı Zelimxan Kubayev (Rusiya), bürünc medalı isə Stanislav Titorenko (Rusiya) əldə edib.
Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə Mariya Kataseva (Rusiya) dünya çempionu olub. II yerə Aleksandra Lasenkova (Belarus) layiq görülüb, bürünc mükafatı isə Yekaterina Sidorenko (Rusiya) qazanıb.
Qalib və mükafatçılara medalları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.












Bu gün, 15:01
Bakıda bir marşrutun avtobusları yenilənir
Bu gün, 15:00
Gələn il maaşlar bu qədər ARTACAQ
Bu gün, 14:56
Bu şəxslərə 1 262 manat müavinət veriləcək
Bu gün, 14:38
Bu istiqamətdə əlavə qatar reysləri açılır
Bu gün, 14:20
Paşinyan Türkiyəyə gedir
Bu gün, 13:58
Kuryerlərin vergiyə cəlb olunması - Qiymətlər artacaq?
Bu gün, 13:24
Ərdoğan Azərbaycana gəlir - YENİLƏNDİ
Bu gün, 13:00
“İsmayıl məqamı” sənədli filmi təqdim olundu - FOTOLAR
Bu gün, 12:42
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama: “Noyabrın sonunda bilinəcək”
Bu gün, 12:30
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Bu gün, 12:00
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Bu gün, 11:37
"İkinci əl" avtomobil almaq istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 11:35
Gələn il pensiyalar bu qədər ARTACAQ
Bu gün, 10:17
Alyona Əliyeva Devid Qarrettin simfonik konsertindən paylaşım edib - FOTO
Bu gün, 10:00
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO
Dünən, 11:56
Dövlət borcu iki milyard manatdan çox azalıb
Dünən, 11:28
Azərbaycanda dəfn pulu artırılır - Yeni məbləğlər
Dünən, 11:18
Uşağın anadan olmasına görə müavinət 900 manat artırılır
Dünən, 11:10
Bəzi şəxslərə yeni mənzillər veriləcək
Dünən, 10:40
Kəlbəcər və Zəngilanda yeni hotellər açılacaq
Dünən, 10:40
UEFA Avropa Liqasında bu gün bir oyun keçiriləcək
Dünən, 10:23
Azərbaycanda əhalinin gəlirləri artacaq
Dünən, 10:13
Azərbaycanda gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?
3-11-2026, 17:41
Azərbaycan və Şri-Lanka arasında memorandum imzalanacaq
3-11-2026, 17:26
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto
3-11-2026, 17:04
Qobustan körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq