Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır
İqtisadiyyat
1 apr 2025 | 11:47
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir. Təkcə 2024-cü ildə agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40%-ni gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30%-i gənc sahibkar və startapdır.

Bu barədə KOBİA məlumat yayıb.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda, KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən "Gənclərin biznes emalatxanası" və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən "Bizdən biznesə" layihələrindən 60 gənc faydalanıb.

Agentliyin "KOB könüllüləri" proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrlərin sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bu günədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilirlər.

Qeyd edək ki, Azərbaycan əhalisinin 23%-ə yaxınını gənclər təşkil edir.
Dünən, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
Dünən, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
Dünən, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Dünən, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
Dünən, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
Dünən, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
Dünən, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
Dünən, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
Dünən, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
Dünən, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Dünən, 09:50
Moskvaya kütləvi PUA hücumu: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO
Dünən, 09:23
Güləş üzrə U17 dünya çempionatının ikinci gününə start verilir - FOTO
27-07-2026, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
27-07-2026, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
27-07-2026, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
27-07-2026, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
27-07-2026, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
27-07-2026, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
27-07-2026, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
27-07-2026, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
27-07-2026, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
27-07-2026, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
27-07-2026, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
27-07-2026, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
27-07-2026, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
27-07-2026, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
27-07-2026, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq