Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
Sosial
27 iyl 2026 | 14:31
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.
Azerimedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimələnəcək.

Kraudfanding platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimələnəcək.

Kradufanding sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək

Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görəfiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna olunan dəyişikliyə görə, kraudfandinq platformalarının operatorları öhdəlik daşıyan şəxslər siyahısına daxil ediləcək və nəzarət (monitorinq) tədbirlərinə cəlb olunacaqlar.
Bu gün, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
Bu gün, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
Bu gün, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
Bu gün, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
Bu gün, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
Bu gün, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
Bu gün, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
Bu gün, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
Bu gün, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
Bu gün, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
Bu gün, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
Bu gün, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Bu gün, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
Bu gün, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
Bu gün, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Bu gün, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?
Dünən, 17:48
DİM sədri ədalətli qiymətləndirmənin vacib prinsiplərindən danışdı
Dünən, 16:51
Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı qərar
Dünən, 16:05
Xocalıda mina partlayışı: Xəsarət alan ANAMA əməkdaşı əməliyyat olundu
Dünən, 16:04
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Dünən, 15:31
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edibmiş
Dünən, 15:22
Azərbaycanda küçə ticarətinə nəzarət artırılır
Dünən, 15:07
Avqust dünya tarixinin ən isti ayı oldu
Dünən, 15:03
AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi
Dünən, 14:40
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verildi
Dünən, 14:35
Bu sizdən asılıdır - Sürücülərə müraciət
Dünən, 14:16
Azərbaycanda dərsliklərə yeni mövzu əlavə ediləcək