Bank kartlarından istifadə ilə bağlı komissiya haqlarının azaldılması təklif olunur
“Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir”.
Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir:
“POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləği üçün 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, xərcin nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz.
2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət döviyyəsi isə 24.5 milyard manata çatıb. Komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar”.
“Bu böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.
Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var. Avropada İnterçeync çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-də Durbin Qanunu ilə debet kartların interçeync haqları məhdudlaşdırılıb: $0.21 + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir” .
Deputat qeyd edib ki, Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından, bu, banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur:
“Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili İnterçeync sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər”, - deyə deputat bildirib.

Dünən, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
Dünən, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
Dünən, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Dünən, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
Dünən, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
Dünən, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
Dünən, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
Dünən, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
Dünən, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
Dünən, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Dünən, 09:50
Moskvaya kütləvi PUA hücumu: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO
Dünən, 09:23
Güləş üzrə U17 dünya çempionatının ikinci gününə start verilir - FOTO
27-07-2026, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
27-07-2026, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
27-07-2026, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
27-07-2026, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
27-07-2026, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
27-07-2026, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
27-07-2026, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
27-07-2026, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
27-07-2026, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
27-07-2026, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
27-07-2026, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
27-07-2026, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
27-07-2026, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
27-07-2026, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
27-07-2026, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq