"Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Aprelin 25-də "Gülüstan sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" kompleksinə əklil qoyublar.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respubikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafı, özəl sektorun formalaşmasında ulu öndər Heydər Əliyevin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, sahibkarlığa dəstək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, güzəştlər və stimullaşdırıcı tədbirlər, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix - 25 aprel artıq 10 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.

Bu gün, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
Bu gün, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
Bu gün, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Bu gün, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
Bu gün, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
Bu gün, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
Bu gün, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
Bu gün, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
Bu gün, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
Bu gün, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Bu gün, 09:50
Moskvaya kütləvi PUA hücumu: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO
Bu gün, 09:23
Güləş üzrə U17 dünya çempionatının ikinci gününə start verilir - FOTO
Dünən, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
Dünən, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
Dünən, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
Dünən, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
Dünən, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
Dünən, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
Dünən, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
Dünən, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
Dünən, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
Dünən, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
Dünən, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Dünən, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
Dünən, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq