Azərbaycan Çindən müasir nəqliyyat vasitələri alır: 26 milyon dollar xərclənəcək
İqtisadiyyat
29 apr 2025 | 15:39
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çinin "CRRC Ziyang Co., Ltd" şirkətindən yeddi ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.

Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.

Lokomotivlərin, xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.

Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.

Bu gün, 14:30
Azərbaycanın Qazaxıstandakı səfiri dəyişdirildi - FOTO
Bu gün, 14:29
Dünya çempionatı: Azərbaycan təmsilçisi ikinci görüşünü vaxtından əvvəl qələbə ilə bitirdi
Bu gün, 14:22
Prezidentdən Tacikistandakı səfirlə bağlı SƏRƏNCAM
Bu gün, 14:13
İlham Əliyev Elçin Hüseynlini səfir vəzifəsindən geri çağırdı - YENİ TƏYİNAT
Bu gün, 13:30
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Binalar çökdü, yaralılar var - VİDEO
Bu gün, 13:27
Azərbaycanda bir sıra şəxslərin MAAŞI ARTIRILACAQ
Bu gün, 12:30
Vladimir Putin İlham Əliyevə zəng edib
Bu gün, 11:57
Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ
Bu gün, 10:28
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər - FOTO
Bu gün, 10:10
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Bu gün, 09:50
Moskvaya kütləvi PUA hücumu: Zavod və anbarlarda yanğınlar baş verib - VİDEO
Bu gün, 09:23
Güləş üzrə U17 dünya çempionatının ikinci gününə start verilir - FOTO
Dünən, 14:31
Azərbaycanda yeni cərimə təsdiqləndi - 7 min manat
Dünən, 14:30
Azərbaycanın xarici dövlət borcu azalıb
Dünən, 14:29
Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər
Dünən, 14:28
Altı ayda işğaldan azad olunan ərazilərə xərclənən vəsaitin miqdarı AÇIQLANDI
Dünən, 14:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
Dünən, 13:51
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:50
Prezident Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi
Dünən, 13:00
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə daxilolmalar artıb
Dünən, 12:52
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib - FOTO - VİDEO
Dünən, 12:08
Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB - FOTO
Dünən, 12:05
Zelenski ukraynalıları çox ağır qışa hazırlaşmağa çağırıb
Dünən, 11:53
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Dünən, 11:33
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 11:14
Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır
Dünən, 10:35
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq