Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
Mədəniyyət
15 may 2025 | 17:00
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib.

Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.

Arif Babayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib: "Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq.

Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünyaşöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".


Dünən, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Dünən, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Dünən, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Dünən, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dünən, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Dünən, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Dünən, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Dünən, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Dünən, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Dünən, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Dünən, 11:08
"Space" telekanalı BAĞLANIR?
Dünən, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Dünən, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Dünən, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Dünən, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO