Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir YENİLƏNİR
Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
Azerimedia.az xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Mərhumun cənazəsi Gənc Tamaşaçılar Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.
Xal yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisinin deputatları, mərhumun əsərlərini çoxsaylı oxucuları teatrın binasına gələrək, unudulmaz nasirə son borclarını verirlər.
Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Elçin Əfəndiyevin bənzərsiz yaradıcılığından danışılıb. Bildirib ki, o, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil edilib. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Diqqətə çatdırılıb ki, Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.
Xüsusi qeyd edilib ki, Elçin Əfəndiyevin xalqımızın tarixi, taleyi və bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığı yalnız Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da elmi tədqiqat obyektinə çevrilir. Yaradıcılığına metafizik realizm üslubunda hekayələrlə başlayan yazıçı Azərbaycan ədəbiyyatının qızıl fonduna tarixi romanları, absurd dramları, sürrealist və realist hekayə və povestləri ilə daxil olub. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
11:46
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər.
Azerimedia.az xəbər verir ki, Xalq yazıçısı ilə vida mərasimi Milli Gənc Tamaşaçılar Teatrında keçirilir.
Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev ötən gün 82 yaşında vəfat edib.

Dünən, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Dünən, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Dünən, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Dünən, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dünən, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Dünən, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Dünən, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Dünən, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Dünən, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Dünən, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Dünən, 11:08
"Space" telekanalı BAĞLANIR?
Dünən, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Dünən, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Dünən, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Dünən, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO