"MDB-nin mədəniyyət paytaxtı" Laçın şəhərində gənclər düşərgəsi və kino günləri
Mədəniyyət
26 avq 2025 | 11:48
https://images.oxu.az/2025/08/26/gOVvaAw05ac6NVyu8R7ugXD8jsvY2gBwIXRh9jw9:1200.jpg


Laçın şəhərində "MDB ölkələrinin Beynəlxalq Kino Günləri" və "MDB ölkələrinin Gənclər Düşərgəsi" keçirilir.

Avqustun 25-dən 29-na kimi davam edəcək tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə keçirilir.

Layihə 26 avqust - Laçın Şəhəri Gününə həsr olunub.

Gənclər düşərgəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edirlər.

Düşərgə çərçivəsində iştirakçılar yaradıcı sənaye sahələrində dörd mövzu üzrə işçi qruplarında müzakirələr aparacaq, birgə layihələrin ideyalarını hazırlayıb təqdim edəcəklər.

Gənclər qrup şəklində "Pantomim aktyor sənətinin tərkib hissəsi kimi" mövzusunda, eləcə də mobiloqrafiya, rəsm, keramika sahələri üzrə ustad dərslərinə də qatılacaqlar.

İşçi qrupların fəaliyyəti ilə MDB ölkələri gənclərinin əməkdaşlıq və birgə təşəbbüsləri üçün imkanlar yaradılacaq.

Rəssam Yusif Mirzənin "31 il sonra" adlı fərdi sərgisi isə Laçındakı mədəniyyət bayramına əlavə rəng qatacaq.

"MDB ölkələrinin Beynəlxalq Kino Günləri"ndə iştirakçı respublikaların hər biri bir film nümayiş etdirəcək. Filmlər Azərbaycan dilində altyazı ilə təqdim olunacaq.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il üzrə "MDB-nin mədəniyyət paytaxtı" elan edilib.
Dünən, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Dünən, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Dünən, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Dünən, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dünən, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Dünən, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Dünən, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Dünən, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Dünən, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Dünən, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Dünən, 11:08
"Space" telekanalı BAĞLANIR?
Dünən, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Dünən, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Dünən, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Dünən, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO