Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.
Azerimedia.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.
Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciəti təqdim edilib. O bildirib ki, Nəsimi irsi insanlığın mədəni və mənəvi inkişafında əvəzsiz rol oynayır. ICESCO-nun Baş direktoru qeyd edib ki, bu irsi yad etməklə cəsarət, sorğu və gözəllik ənənəsi canlanır, insanlığın yolu işıqlandırılır. Həmçinin o, Nəsimi irsinin qəlbləri və ağlı işığa, birliyə, sülhə və rifaha yönəltdiyini xüsusilə vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalını Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir kimi dəyərləndirdiyini deyib: “Nəsimi yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərib, ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb. Onun əsərləri humanist prinsipləri və yüksək estetik dəyərləri bir araya gətirərək dünya mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərdiyini diqqətə çatdırıb.
Akademik əlavə edib ki, Nəsimi irsi ədəbiyyatın inkişafında, mədəniyyətlərarası dialoqun formalaşmasında və insan düşüncəsinin zənginləşməsində böyük rol oynayıb. Onun əsərləri insanın mənəvi yüksəlişinə, azad düşüncəyə və ədalət prinsiplərinə xidmət edən bir irs kimi hələ də aktualdır və gənc nəsillərə ilham verir.
Daha sonra beynəlxalq tədbirin iştirakçıları ilə fəxri qonaqlar birgə foto çəkdiriblər.
Forum işini panel sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival zəngin proqramı ilə diqqəti cəlb edir. Festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.
Festivalın ikinci günü Şamaxıda - Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında “Multidissipilinar İncəsənət Festivalı”, bədii konsert proqramı təqdim ediləcək.
Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi festivalının tərəfdaşı olub.

Dünən, 14:10
AAYDA-nın bir qurumu LƏĞV OLUNDU
Dünən, 14:09
Hikmət Hacıyev: "Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"
Dünən, 14:07
Kürdəmir stansiyasının açılışı olub - FOTO
Dünən, 14:06
Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək
Dünən, 12:26
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 12:24
Bakıdan Kürdəmirə yola düşmüş rəmzi qatar təyinat məntəqəsinə çatıb - YENİLƏNİB
Dünən, 12:20
Bu kəndə getmək mümkün deyil - Vəziyyət ağırlaşır
Dünən, 12:07
Azərbaycan və Moldova prezidentlərinin Antalyada görüşü olub - FOTO
Dünən, 11:30
İlham Əliyevin Antalyada Tufan Erhürmanla görüşü olub - FOTO
Dünən, 11:17
Sahibə Qafarova ilə Alen Simonyanın görüşü başlayıb
Dünən, 11:15
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir - FOTO
Dünən, 11:08
"Space" telekanalı BAĞLANIR?
Dünən, 11:00
İlham Əliyevin Antalyada Əhməd əş-Şaraa ilə görüşü olub - FOTO
Dünən, 10:30
Yaxın Şərq gərginliyi Almaniya iqtisadiyyatını vurdu: Hökumət ÜDM artımı proqnozunu azaltmağa hazırlaşır
Dünən, 10:22
Tramp Meloniyə barmaq silkələdi: Kömək etməyəcəyik
Dünən, 10:12
Dörd ay öncə direktor müavini təyin edilən Vasif Müslümova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 10:03
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət - VİDEO
16-04-2026, 15:00
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
16-04-2026, 14:49
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16-04-2026, 14:47
Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
16-04-2026, 14:46
May ayının qeyri-iş günləri AÇIQLANDI
16-04-2026, 14:41
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
16-04-2026, 14:40
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
16-04-2026, 13:54
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
16-04-2026, 13:30
İranın ali rəhbərinin müşaviri ABŞ hərbi gəmilərini batırmaqla hədələdi
16-04-2026, 13:03
Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
16-04-2026, 13:02
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO