“Azərbaycan gözəli” Leyla Bədirbəylinin doğum günüdür
Mədəniyyət
8 yan 2024 | 12:30
Bu gün milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin doğum günüdür.
1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli məlumatlar var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.

Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Aktrisanın uşaqlıq illəri isə Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin incəsənətə yönəlməsində birbaşa anasının təsiri olub. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedərkən Leylanı da həmişə özü ilə apararmış. Leyla Bədirbəyli burada rəqs bacarığı ilə diqqət çəkir və Dövlət Filarmoniyasından təklif alır. 16 yaşında o, buradakı həmkarı Fərəc Cavanşirovla ailə həyatı qurur.

1937-ci ildə onların Cavanşir adlı oğulları dünyaya gəlir. Qeyd edək ki, Cavanşir Cavanşirov uzun illər “AzTV”də operator kimi çalışıb. Həyat yoldaşı Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. Cütlük 2017-ci ildə vəfat edənədək Leyla Bədirbəylinin uşaqlıqda yaşadığı Fəvvarələr meydanında yerləşən evdə yaşayıb.

Leyla Bədirbəylinin Cavanşirin atası ilə ailə həyatı elə də uzun çəkməyib.

O, 1941-ci ildə boşanıb və 1942-ci ildə diş həkimi Kamil Aslanova ərə gedib.

1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet İttifaqına rəhbərlik edən İosif Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu “Azərbaycan gözəli” adlandırır.

Aktrisanın K.Aslanovdan Lalə adlı qızı dünyaya gəlir. Bikə adlı ikinci qız övladı isə 1964-cü ildə doğulur. Bundan bir müddət sonra Kamil Aslanov Ukraynada avtoqəzada həyatını itirir. Leyla Bədirbəyli həyat yoldaşının ölümündən bir il sonra qızı Laləni itirir.

Bu hadisədən sonra aktrisa əsəb xəstəliyinə tutulur. Gözəlliyi ilə ad çıxaran Bədirbəyli tanınmaz hala düşür və bu halda onu heç kimin görməsini istəmədiyi üçün evə qapanır. 1999-cu il yanvarın 1-də ümummilli lider Heydər Əliyev ona “İstiqlal” ordeni verənə kimi evdən çıxmır.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəyli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.

Aktrisa 1999-cu il noyabrın 23-də 79 yaşında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman