İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO
Siyasət
3 sen 2026 | 11:08
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.

Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib.

ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.

Görüşdə mədəniyyətlərarası dialoqa toxunulub, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edilib.

ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirib




23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
23-10-2026, 09:30
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
22-10-2026, 13:58
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq
22-10-2026, 13:55
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
22-10-2026, 13:37
Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çobanı qaytaracağıq"
22-10-2026, 13:17
Sovet dövründən qalma binalar yeniləniləcək
22-10-2026, 12:40
Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi
22-10-2026, 12:38
Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
22-10-2026, 12:30
Rumıniya məhkəməsində Azərbaycan izi: Bakıdakı səfirliyin adından saxta sənədlər hazırlandı
22-10-2026, 12:20
İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi
22-10-2026, 11:50
Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto
22-10-2026, 11:32
Səudiyyə Ərəbistanında hava limanına hücum: Ölən və yaralananlar var - Video
22-10-2026, 10:35
Havanın isti keçməsinin səbəbi açıqlandı
22-10-2026, 10:03
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq