Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Siyasət
15 okt 2026 | 11:53
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğızıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, həmçinin MDB Katibliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində yerləşən İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Müdafiə qurumlarının rəhbərləri şəhər mühitinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və regionunun təbii irsinin qorunub saxlanılması məqsədilə ağaclar əkiblər.

Sonra dövlət bayraqlarının qarşısında rəsmi xatirə fotosu çəkdirilib.

İclasda kollektiv təhlükəsizliyin təmin edilməsi məqsədilə orduların əməliyyat və döyüş hazırlığının təşkili, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsində insansız sistemlərin və robototexnika komplekslərinin praktiki tətbiqi, həmçinin hücum və müdafiə zamanı pilotsuz uçuş aparatlarının tətbiqi məsələləri müzakirə olunub. Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yarışların təşkili, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasının yekunda 2026-cı il ərzində görülmüş işlərin nəticələri ilə bağlı sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.




Bu gün, 16:40
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bu gün, 16:30
Bakıda "Soyuq əllər, isti ürək" yarmarkasına hazırlıq başlayıb - Foto
Bu gün, 16:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR - YENİLƏNİB
Bu gün, 15:56
Gülüstan Əliyeva 30 illik səhnə yubileyinə hazırlaşır
Bu gün, 15:50
Hikmət Hacıyev: CNN-in həmin məlumatı tamamilə yanlış idi
Bu gün, 15:31
Prezidentin köməkçisi: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Bu gün, 13:50
Rəsmi Bakı bəyan etdi: Azərbaycan son nöqtəni qoymağa hazırdır
Bu gün, 13:10
Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını geri qaytardı
Bu gün, 12:30
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi
Bu gün, 11:53
Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - Video
Bu gün, 09:06
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Bu gün, 09:05
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu oldu
Bu gün, 09:00
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi