İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR - YENİLƏNİB

Azerimedia.az xəbər verir ki, Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxundu, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğuladı. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi, idman tədbirlərinin təşkil olunduğunu xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini dedi və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu xatırlatdı.
Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini dedi.
İsmayıl Ould Şeyx Əhməd qəbula və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Baş katib vəzifəsinə seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnun olduğunu dedi. İndiyədək bir neçə dəfə ölkəmizdə olduğunu qeyd edən qonaq burada gördüyü inkişaf proseslərini vurğuladı və bu münasibətlə təbriklərini çatdırdı.
İsmayıl Ould Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi Azərbaycanla birlikdə çalışaraq Təşkilatın beynəlxalq nüfuzunun, həmçinin İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini artıracağını dedi.
Baş katib İsmayıl Ould Şeyx Əhməd Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ehtiramını ifadə edərək, Ümummilli Liderin Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsində xidmətlərini xatırlatdı. Qonaq ölkəmizin İslam dünyasında və İslam həmrəyliyinin gücləndirilməsində mühüm rolunu qeyd etdi.
Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini deyən İsmayıl Ould Şeyx Əhməd qarşıdan gələn Zəfər Günü ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün bərqərar olmasında Azərbaycan Prezidentinin səylərini dəstəklədiklərini dedi.
Söhbət zamanı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, dezinformasiyaya qarşı üzv ölkələrin birgə səyləri ilə mübarizənin vacibliyi vurğulandı və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıldı.
13:24
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
Azerimedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








Bu gün, 16:40
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bu gün, 16:30
Bakıda "Soyuq əllər, isti ürək" yarmarkasına hazırlıq başlayıb - Foto
Bu gün, 16:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR - YENİLƏNİB
Bu gün, 15:56
Gülüstan Əliyeva 30 illik səhnə yubileyinə hazırlaşır
Bu gün, 15:50
Hikmət Hacıyev: CNN-in həmin məlumatı tamamilə yanlış idi
Bu gün, 15:31
Prezidentin köməkçisi: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Bu gün, 13:50
Rəsmi Bakı bəyan etdi: Azərbaycan son nöqtəni qoymağa hazırdır
Bu gün, 13:10
Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını geri qaytardı
Bu gün, 12:30
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi
Bu gün, 11:53
Qaradağda peşə məktəbinin keçilməz yolu: Bərbad küçə niyə təmir olunmur? - Video
Bu gün, 09:06
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Bu gün, 09:05
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu oldu
Bu gün, 09:00
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi