XİN: "İQAK-ın Azərbaycanın razılığını almadan hesabat dərc etməsi ədalətsiz və əsassızdır"
Siyasət
4 iyl 2024 | 10:00
"Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı iyulun 3-də ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi bizi dərindən təəssüfləndirib".

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurası İQAK-ın ictimai bəyanatına dair şərhində yer alıb.

İQAK, həmçinin "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının tələbinə zidd olaraq Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.


2002-ci ildən etibarən İQAK bir neçə dəfə ölkəmizə dövri və xüsusi səfər həyata keçirib və konvensiyanın Azərbaycan tərəfindən həyata keçirilməsinə dair hesabatlar dərc edib. Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və komitənin tövsiyələri hər zaman nəzərə alınıb.

Əməkdaşlıq müddətində komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların aparılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını təmin etmək üçün addımlar atılıb və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib.

Bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.

Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik.

Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir.
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Dünən, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
7-10-2026, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
7-10-2026, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
7-10-2026, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
7-10-2026, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
7-10-2026, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman