Qərbi Azərbaycan İcması bəyanat yaydı
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirmişdir.
T. Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etmişdir. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulamışdır.
Göründüyü kimi, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad etmişdir.
Xezerxeber.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: "Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsminin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.
Qərbi Azərbaycan İcması Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir".

Bu gün, 16:40
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bu gün, 16:30
Bakıda "Soyuq əllər, isti ürək" yarmarkasına hazırlıq başlayıb - Foto
Bu gün, 16:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR - YENİLƏNİB
Bu gün, 15:50
Hikmət Hacıyev: CNN-in həmin məlumatı tamamilə yanlış idi
Bu gün, 15:31
Prezidentin köməkçisi: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Bu gün, 13:50
Rəsmi Bakı bəyan etdi: Azərbaycan son nöqtəni qoymağa hazırdır
Bu gün, 13:10
Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını geri qaytardı
Bu gün, 12:30
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi
Bu gün, 09:06
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Bu gün, 09:05
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu oldu
Bu gün, 09:00
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
23-10-2026, 09:30
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
22-10-2026, 13:58
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq