Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - yenilənib+ fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli BYD markalı avtobus və "TX5" markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.
Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli BYD markalı 160 avtobusdan ibarətdir.
Dövlətimizin başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.
Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı "Luobinsen" şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320 kV təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.
Eyni zamanda, diqqətə çatdırılıb ki, elektrik mühərrikli "LEVC TX5" markalı plaqin hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. "Avro-6" standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təzyiqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. "Ekobus" layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.
10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli BYD markalı avtobus və "TX5" markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Bu gün, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Bu gün, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Bu gün, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Bu gün, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Bu gün, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Bu gün, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Bu gün, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Bu gün, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Bu gün, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Bu gün, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu gün, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Bu gün, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Bu gün, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Bu gün, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Bu gün, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Bu gün, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Bu gün, 09:30
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video
Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?





















