Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər
Sosial
18 fev 2026 | 16:05
2025-ci ildə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar sertifikatın alınması üçün müraciət ediblər.

Azerimedia.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Ötən il KOB evlərində sahibkarlara daha çox "G2B" xidmət göstərmiş qurumlar aşağıdakılardır:

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 257 699 (47.5%)

- "Azərpoçt" MMC - 96 902 (17.8%)

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi - 62 051 (11.4%)

- Dövlət Gömrük Komitəsi - 30 384 (5.6%)

- Qida Təhlükəsizliyi Agentliyi - 17 289 (3.2%)

Belə ki, KOB evlərində 2025-ci ildə biznes subyektlərinə göstərilmiş 543 033 xidmətin 464 325-i (85.5%) adıçəkilən qurumlar tərəfindən göstərilib.

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət ("G2B") və biznes ("B2B") xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin edən mərkəzlərdir. Sahibkarların "G2B" və "B2B" xidmətlərə KOB evləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaət etməsinə imkan verir. Hazırda Bakı, Yevlax, Xaçmaz və Şuşa şəhərlərində olmaqla ölkə üzrə 4 KOB evi, eləcə də "Xaçmaz KOB evi"nin Xudat şəhərində xidmət mərkəzi fəaliyyət göstərir. Bu KOB evləri yalnız adıçəkilən şəhərlərdə deyil, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara da xidmət edir. KOB evlərində sahibkarlara "G2B" xidmətlər üzrə biznesin qeydiyyatı, vergi və gömrük məsələləri, lisenziya, icazə, mənşə sertifikatı və s. kimi sənədlərin alınması, "B2B" xidmətlər üzrə bank, sığorta və digər növ xidmətlər təqdim olunur.

KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Agentlik tərəfindən KOB evlərinin funksionallığının və xidmət çeşidinin artırılması, coğrafi baxımdan genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və proseslərin daha da sadələşdirilməsi istiqamətində işlər davam etdirilir. Artıq bir sıra ölkələr KOB evi təcrübəsi və onun ölkələrində tətbiqi ilə yaxından maraqlanırlar. Bu istiqamətdə bir neçə ölkənin müvafiq qurumu ilə əməkdaşlıq sənədləri də imzalanıb.




Bu gün, 11:27
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Bu gün, 11:26
"Birliyin Gücü - 2026”: Mühəndis bölmələri peşəkarlıq nümayiş etdirdilər
Bu gün, 11:20
Ərdoğan İlham Əliyevə zəng etdi
Bu gün, 10:51
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Bu gün, 10:45
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:29
Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün, 10:18
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO