Azərbaycanın növbəti humanitar yardımı Ukrayna rəsmilərinə təhvil verildi
Sosial
23 fev 2026 | 15:48
Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi enerji avadanlıqlarından ibarət növbəti yük Kiyevin rəsmi şəxsləri tərəfindən təhvil alınıb.

Azerimedia.Az xəbər verir ki, avadanlıqların təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri bir milyon dollar təşkil edir. Bura 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.

Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirib:

"Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Bu məhsullar artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək".

Nazir müavini vurğulayıb ki, yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək:

"Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkib hissəsidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100 faizi generatorlarla təmin edilib".

İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.

Ukrayna energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz əsas (enerji və kommunal) xidmətlərin sistemli təchizatından asılı olan infrastruktur obyektlərinə zərbələr intensivləşdirilir:

"Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa səhiyyə sistemi obyektlərini təchiz edən yardımdır. Bunlar kritik, vacib obyektlərdir".



Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək