Bakının bəzi ərazilərindəki çökmələr metropolitenlə əlaqəlidir? - RƏSMİ AÇIQLAMA
Sosial
2 mar 2026 | 11:40
"Yerin üzərində olan səthi çökmələrin metropolitenlə əlaqəsi yoxdur".

Azerimedia.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metronun "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verərkən deyib.

O bildirib ki, bəzən bu barədə ictimaiyyət arasında bəzi yanlış fikirlər olur ki, yerin üstündə olan səthi çökmələrin hər biri metropolitenə görə olur:

"Bu, belə deyil. Metronun "Həzi Aslanov" stansiyasının dalan yolu mövcud "qırmızı xətt"in sonuncu stansiyasıdır. Sərnişinlər metronun "Həzi Aslanlov 2" stansiyası ilə bu dalan yolu qarışıq salırlar.


"Həzi Aslanov 2" şərti adı ilə tanınan stansiyanın inşaat işləri Bakı Metropolitenində 2025-30-cu illər dövlət proqramı çərçivəsində inşa olunan 10 stansiyadan biri olacaq və onun inşası məhz həmin dövlət proqramına uyğun olaraq yekunlaşdırılacaq. Hazırda "Həzi Aslanov" stansiyasının dalan yolunda inşaat işlərinin əsas mərhələsi başa çatmaq üzrədir. Üç stansiyadan ibarət olan inşaat işlərinin sonuncu mərhələsi icra olunmaqdadır. Yan divarlar təxminən 1.5-2 metr civarında gücləndirməyə cəlb olunub, daha sonra isə yan divarların ön hissəsində 30 sm qalınlığında sökülmə və daha sonra yeni divarın inşası işləri aparılıb".

Metro rəsmisi vurğulayıb ki, bu inşaat işləri stansiyanın dalan yolunun, infrastrukturunun möhkəmliyini, uzunömürlülüyünü təmin edəcək. Eyni zamanda, gücləndirmə tədbirləri həm metro infrastrukturuna, həm də ətraf ərazilərə təsirlərin qarşısını alacaq:

"Artıq döşəmə və yan divarlar hissəsində gücləndirmə işləri tam olaraq başa çatdırılıb və ilk iki mərhələ üzrə, yəni tunellərin təxminən 130 metrdən artığında gücləndirmə ilə əlavə divarların qurulması işləri də başa çatdırılıb. Həmin hissədə orta iki divarın inşası işləri də bitib və nəhayət, sonuncu mərhələ üzrə işlərin tamamlanması üçün hazırlıq tədbirlərindən sonra divarların möhkəmləndirilməsi və bəzi hissələrin yerindən qurulmasına başlanılacaq. Tavan hissə xüsusi əhəmiyyət kəsb edir".

B.Məmmədov əlavə edib ki, dalanın tavan hissədə də gücləndirmə işləri, əsasən, başa çatmaq üzrədir və bundan əlavə, xüsusi müasir inşaat materialı olan karbon lifli izolyasiya qatı ilə təmin olunacaq. Bu isə həm tavanın dayanıqlılığını, həm də kənar təsirlərin azaldılmasını təmin edəcək. Son mərhələ olaraq infrastrukturun qurulması işlərinə başlanmalıdır.
Bu gün, 09:33
Qaxda evdə dava: Ata oğlunu bıçaqladı
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək