WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Sosial
26 mar 2026 | 19:30
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.

Azərbaycanın Keniyadakı Səfirliyindən bildirilib ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan hökuməti AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50 000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.

Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakı səfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyə töhfəsini rəsmiləşdirən sənəd imzalayıb.

İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinə görə Azərbaycan Hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibi qismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraq iştirakından məmnun olacaqlarını bildirib.

Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsində əməkdaşlığın Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb, iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, WUF13 ərəfəsində keçiriləcək AUF2 Keniya Hökuməti, UN-Habitat və Afrika İttifaqı tərəfindən təşkil olunur. Forumda qitədən bir neçə dövlət başçısı, sahə üzrə çoxsaylı nazirlərin daxil olduğu 10 mindən çox iştirakçı gözlənilir.

AUF2-da WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iştirakı gözlənilir. Eyni zamanda, sahə üzrə QHT-lərin əməkdaşlığını təmin etmək məqsədilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın da iştirakı nəzərdə tutulur.



7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR
6-08-2026, 10:53
Dünyanı aclıq təhlükəsi gözləyir: Daha 49 milyon insan risk altında
6-08-2026, 10:42
72 min miqrant, onlarla ölüm: Seuta böhranının arxasında kim dayanır?
6-08-2026, 10:41
Ceyhun Bayramov Ukraynaya getdi
6-08-2026, 09:39
Qızıl bahalaşdı
6-08-2026, 09:38
Avropada növbəti dayanacaq: "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq
5-08-2026, 13:36
Rusiyada miqrantlar üçün YENİ QƏRAR
5-08-2026, 11:49
İranlı professor: "Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik" - FOTO
5-08-2026, 11:30
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI
5-08-2026, 11:01
Azərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi - FOTO - VİDEO
5-08-2026, 10:47
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO