İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki ortaaylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırıldı".
Azerimedia.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur".
Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25 200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25 200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat x 9.3%) + 350 manat = 1224.4 manat.
Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deputat qeyd edib.

Dünən, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
Dünən, 15:58
Prezident onları təltif etdi - ADLAR
Dünən, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
Dünən, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
Dünən, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
Dünən, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
Dünən, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı