ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
Sosial
8 may 2026 | 12:15
Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır.
Azerimedia.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, ADY hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin və yüklərin etibarlı daşınması məqsədilə dəmir yolu infrastrukturunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə icra olunan və regionun nəqliyyat xəritəsini köklü şəkildə dəyişən strateji layihələr xüsusi əhəmiyyət kəsb edir. 2025-ci il 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib, həmin ilin avqust ayında isə 30 ildən sonra doğma Qarabağa müntəzəm sərnişindaşıma bərpa edilib. Qısa müddət ərzində Bakı–Ağdam–Bakı marşrutuna tələbat artıb, təkcə bu ilin birinci rübündə 4000-ə yaxın sərnişin sözügedən marşrutla səyahət edib.

Artan tələbat və dinamik inkişaf fonunda mövcud dəmir yolu xətlərinin modernləşdirilməsi ADY üçün prioritet istiqamətlərdən biridir. Bu çərçivədə növbəti əsaslı təmir və yenidənqurma işlərinə Yevlax–Bərdə dəmir yolu xəttində başlanılması nəzərdə tutulur. Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.

Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq. Eyni zamanda, bu layihə ölkə üzrə inteqrasiya edilmiş və müasir dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mühüm töhfə verəcək, regionlar arasında nəqliyyat əlaqələrinin daha səmərəli və əlaqələndirilmiş şəkildə inkişafına xidmət edəcək. Beləliklə, sərnişin və yük daşımalarında operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artacaq.

Bununla yanaşı, hazırda ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xəttinin, o cümlədən ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi sürətlə davam etdirilir. Tikinti işləri tam başa çatdıqdan sonra Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi ilə Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası təmin ediləcək.

Həyata keçirilən tədbirlər uzunmüddətli perspektivdə daha etibarlı, təhlükəsiz və müasir dəmir yolu şəbəkəsinin formalaşdırılmasına xidmət edir və strateji əhəmiyyət kəsb edir.

ADY sərnişinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirir və diqqətə çatdırır ki, qeyd olunan tədbirlər sərnişinlərin daha rahat, sürətli və təhlükəsiz səyahətini təmin etmək məqsədilə həyata keçirilir.
31-07-2026, 14:33
Zelenski Rusiya ilə müharibədə Ukrayna ordusunun hərbi itkilərini açıqladı
31-07-2026, 14:04
Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı
31-07-2026, 13:54
Bakıda güləş üzrə dünya çempionatının beşinci günü
31-07-2026, 13:50
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi
31-07-2026, 13:33
"Mərkəzi Asiya - Azərbaycan" sammitinin ilk iclası Türkmənistanda təşkil olunacaq
31-07-2026, 13:01
Tokayev: "Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir"
31-07-2026, 12:35
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
31-07-2026, 11:40
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO
31-07-2026, 11:24
Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı
31-07-2026, 11:23
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
31-07-2026, 11:14
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO
31-07-2026, 10:50
Dünya çempionatı: Güləşçimiz monqolustanlı rəqibini məğlub edib
31-07-2026, 10:26
Sadır Japarov "Heydər Əliyev" ordeni ilə təltif edildi - SƏRƏNCAM
31-07-2026, 10:10
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
31-07-2026, 09:49
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
30-07-2026, 14:48
Lökbatanda təhlükə saçan yol: Aylar əvvəl qazılan ərazi asfaltlanmır - VİDEO
30-07-2026, 14:20
Pirşağıda antisanitar vəziyyətin yaranmasına səbəb nə olub? - FOTO - VİDEO
30-07-2026, 14:15
Sumqayıtda yararsız dayanacaq narazılıq yaratdı - AYNA cavab verdi
30-07-2026, 14:04
Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ
30-07-2026, 13:56
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO
30-07-2026, 13:53
Mədinə Abbasova: "Dünən məşqçilərin səhvindən məğlub oldum"
30-07-2026, 13:30
Abşeronun Qobu qəsəbəsində kanalizasiya suyu küçəyə axır - ŞİKAYƏT
30-07-2026, 13:19
İtaliya klubunun futbolçusu hava limanından YOXA ÇIXDI
30-07-2026, 12:02
Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı
30-07-2026, 11:54
Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı
30-07-2026, 11:43
Azərbaycanın dövlət borcu ilə bağlı yeni STATİSTİKA
30-07-2026, 11:41
Azərbaycanın valyuta ehtiyatları xarici borcundan nə qədər çoxdur? - Rəsmi rəqəmlər