WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB
Mayın 17-22-də Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirdi. Forum çərçivəsində müxtəlif ölkələrdən minlərlə insan Bakıya səfər etdi ki, bu da paytaxtın turizm, hotelçilik, ictimai iaşə və nəqliyyat sektorlarında canlanma yaratdı. Turizm sahəsi üzrə ekspertlər hesab edirlər ki, tədbir qısamüddətli iqtisadi effekt yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlər və işgüzar turizm istiqamətində mövqeyini bir qədər də gücləndirdi.
Azerimedia.Az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, WUF13 Bakının turizm və qonaqpərvərlik sektorları üçün yüksəkintensivlikli beynəlxalq tələb yaradıb: "Forumun 176 ölkədən onminlərlə iştirakçı cəlb etməsi ilk növbədə hotelçilik sektorunda hiss olunub. Operativ bazar müşahidələrinə əsasən, tədbir günlərində Bakıda 5 ulduzlu hotellərin doluluğu 96-100%-ə çatıb. Şəhərin mərkəzində yerləşən daha aşağı seqment hotellərdə isə doluluq təxminən 85-90% ətrafında olub".
Onun sözlərinə görə, WUF13 dövründə 5 ulduzlu hotellərdə bir gecə qalmağın qiyməti 480-620 manat arasında dəyişib: "Vergilər çıxıldıqda bu, təxminən 405-525 manat deməkdir. Bu göstəricilər forum günlərində premium hotel seqmentində həm doluluğun, həm də otaq gəlirliliyinin maksimum həddə yaxınlaşdığını göstərir".
Ekspert vurğulayıb ki, forumun təsiri yalnız hotellərlə məhdudlaşmayıb: "Restoranlar, kafe və keyterinq operatorları forum iştirakçıları, nümayəndə heyətləri və müşayiətedici tədbirlər hesabına əlavə müştəri axını qazandı. Nəqliyyat sektorunda da ciddi aktivlik müşahidə olundu. Forum günlərində xüsusi marşrutlar və şəhərdaxili daşımalar vasitəsilə təxminən 179 min sərnişin daşındı. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə WUF13 dövründə 194 mindən çox sərnişinə xidmət göstərib".
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, WUF13 ümumilikdə uğurlu təşkil olunub və ölkənin turizm destinasiyası kimi tanınmasına müsbət təsir göstərib.
Onun sözlərinə görə, qonaq sayı ilkin gözləntilərlə müqayisədə daha az olsa da, tədbir hotel sektorunda müəyyən aktivlik yaradıb: "Xüsusilə paytaxt ərazisində yerləşən hotellərdə müəyyən doluluq müşahidə olunurdu. Amma demək olmazdı ki, hotellər pik doluluq həddinə çatmışdı. Çünki iştirakçı sayı gözləniləndən aşağı idi".
C.Aşurov əlavə edib ki, forum günlərində daha çox şəhər mərkəzində yerləşən iri və yüksək tutumlu hotellərdə qonaqların yerləşdirilməsi müşahidə olunub.
Ekspertlərin fikrincə, WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın qlobal tədbirlər xəritəsində mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkənin turizm və xidmət sektorunun beynəlxalq bazarda daha geniş tanıdılmasına xidmət edir.

Dünən, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
Dünən, 15:58
Prezident onları təltif etdi - ADLAR
Dünən, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
Dünən, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
Dünən, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
Dünən, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
Dünən, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı