Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb
Sosial
3 sen 2026 | 11:41
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə "Yol xəritəsi" imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

Səfərin məqsədi Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı, ölkəmizin sağlamlıq turizmi imkanlarının təbliği, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsidir.

Səfər çərçivəsində Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycan-Qazaxıstan əlaqələrinin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf etdiyini vurğulayıb, dostluq və qardaşlığa əsaslanan münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Eyni zamanda dövlətimiz tərəfindən ictimai təsisatların səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şərait vurğulanıb, ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, əmək hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, eləcə də rəqəmsal imkanların artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

Görüşdə AHİK-in həmkarlar ittifaqları üzvlərinə təqdim etdiyi elektron xidmətlər, "e-ahik" Elektron Rezervasiya platforması, rəqəmsallaşmanın sürətləndirilməsi prosesində süni intellektin tətbiqi ilə bağlı təqdimatlar keçirilib, sağlamlıq və istirahət mərkəzlərində şəraitin yaxşılaşdırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən bəhs olunub.

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib, iki dost ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin dinamik inkişafının, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər həmkarlar ittifaqları arasında təhsil, sağlamlıq turizmi və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıblar.

Görüşün sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrasına dair "2026-2028-ci illər üçün Yol xəritəsi" imzalanıb.
Sənəd özündə iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafı istiqamətlərini, birgə layihə və təşəbbüslərin həyata keçirilməsini ehtiva edir.

Səfər çərçivəsində AHİK nümayəndələri həmçinin "Qazaxıstan Dəmir Yolu, Avtomobil, Hava və Su Nəqliyyatı İşçilərinin Sahə Peşəkar Həmkarlar İttifaqı" İctimai Birliyinin və ilk həmkarlar ittifaqlarının rəhbərləri ilə də görüşüb, "Қазақстан Теміржолшысы" qəzetinin fəaliyyəti ilə tanış olublar.





Bu gün, 09:06
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Bu gün, 09:05
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu oldu
Bu gün, 09:00
Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
23-10-2026, 17:36
Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır
23-10-2026, 17:25
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23-10-2026, 16:30
Azərbaycanda bəzi mənzillər bahalaşacaq
23-10-2026, 16:23
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
23-10-2026, 15:30
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub
23-10-2026, 14:32
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batdı
23-10-2026, 14:30
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib - Foto/Video
23-10-2026, 13:33
Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir
23-10-2026, 12:30
Yeni metrostansiyanın istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
23-10-2026, 12:06
Prezident Xalq rəssamını təbrik etdi
23-10-2026, 11:24
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
23-10-2026, 11:23
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
23-10-2026, 11:10
Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?
23-10-2026, 09:50
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
23-10-2026, 09:30
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
22-10-2026, 13:58
Hədəf qoyuldu: İctimai nəqliyyatın əlçatanlığı artırılacaq
22-10-2026, 13:55
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
22-10-2026, 13:37
Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çobanı qaytaracağıq"
22-10-2026, 13:17
Sovet dövründən qalma binalar yeniləniləcək
22-10-2026, 12:40
Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi
22-10-2026, 12:38
Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
22-10-2026, 12:30
Rumıniya məhkəməsində Azərbaycan izi: Bakıdakı səfirliyin adından saxta sənədlər hazırlandı
22-10-2026, 12:20
İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi
22-10-2026, 11:50
Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto