Dövlət qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının dərci üçün püşkatma keçirilib
Yanvarın 15-də “Azərbaycan” rəsmi dövlət qəzetinin redaksiyasında prezidentliyə namizədlərin ödənişsiz təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.
“Report”un xəbərinə görə, qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktorunun müavini, redaksiyada “Prezident seçkisinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, “Azərbaycan” qəzeti prezident seçkisinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası prezidentinin seçkisində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib.
Qəzet prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün həftə ərzində 14 min kvadrat santimetr (ümumilikdə 42 min kvadrat santimetr), yəni 7 (ümumilikdə 21) səhifə yer ayırıb.
O əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 7 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq:
“Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə bir səhifə, yəni 2 000 kvadrat santimetr nəzərdə tutulur. Bu, qanunvericiliyə əsasən ayırmalı olduğumuz həcmdən əhəmiyyətli dərəcədə, 45 faiz daha artıqdır. Yəni həftəlik qəzet səhifələrinin ümumi həcminin 10 faizindən daha artıq yer təşviqat materialları üçün ayrılmışdır. Bu qərarımız prezidentliyə namizədlərin seçki qərargahları tərəfindən onlara dəstək kimi qarşılandı və yüksək qiymətləndirildi. Digər təklifimiz də seçki qərargahları tərəfindən ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirilib. Belə ki, biz prezident seçkisinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif edirik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirilir ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradılır. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”.
“Azərbaycan” qəzeti seçki prosesinin dinamikliyini nəzərə alaraq, prezidentliyə namizədlər üçün digər ödənişsiz təşviqat imkanı yaradır. Belə ki, prezidentliyə namizədlərin görüşləri, çıxışları və digər təbliğat fəaliyyətləri də bərabərlik qorunmaqla, qəzetdə ödənişsiz əsaslarla dərc ediləcək.
Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən, dərc ardıcıllığı belə müəyyənləşib:
1. Elşad Musayev
2. Fuad Əliyev
3. Fazil Mustafa
4. Zahid Oruc
5. İlham Əliyev
6. Qüdrət Həsənquliyev
7. Razi Nurullayev
Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start
Dünən, 11:19
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Dünən, 11:18
İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Dünən, 11:13
İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Dünən, 10:44
Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
Dünən, 10:30
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - Foto
Dünən, 10:23
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət
Dünən, 10:12
İlham Əliyev Türkmənbaşıda yüksəksəviyyəli görüşdə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib - Foto
Dünən, 10:06
Səhər saatlarında İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var - Video
Dünən, 09:40
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb