Xankəndi tikiş fabrikində yerli pambıq xammalından parça toxunacaq
Xankəndi tikiş fabrikinin ərazisi 1,2 hektardır. Fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin, fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.
"Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə, əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək", - o əlavə edib.
Qeyd edək ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.

Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Dünən, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Dünən, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Dünən, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Dünən, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Dünən, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Dünən, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünən, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Dünən, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Dünən, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Dünən, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Dünən, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
6-10-2026, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
6-10-2026, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
6-10-2026, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
6-10-2026, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
6-10-2026, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
6-10-2026, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı