Rəşid Behbudovun doğum günüdür - FOTO/VİDEO
Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlib.
Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım olub.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistliyə başlayıb, İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında çıxışlar edib.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki “Əsgər” roluna görə Rəşid Behbudov “Stalin mükafatı” ilə təltif olunub.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edib.1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazıb.
1959-cu ildə ona “SSRİ Xalq artisti”, 1980-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adları verilib. SSRİ-nin “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Qeyd edək ki, sənətkarın bir qız övladı yadigar qalıb. Qızı Rəşidə Rəşid Azərbaycanın tanınmış opera müğənnisidir.

Dünən, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Dünən, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Dünən, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Dünən, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Dünən, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Dünən, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Dünən, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Dünən, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Dünən, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Dünən, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Dünən, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Dünən, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Dünən, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Dünən, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Dünən, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Dünən, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Dünən, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Dünən, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Dünən, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
6-10-2026, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
6-10-2026, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
6-10-2026, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
6-10-2026, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
6-10-2026, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
6-10-2026, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
6-10-2026, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı