Kür çayında vəziyyət necədir? – RƏSMİ
Bölgə
27 apr 2026 | 09:26
Mart ayının sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 aprel tarixindən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qərara alınıb. Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artmış, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb, nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının subasma faktları qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

ADSEA-dan verilən məlumata görə, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 aprel 2026-cı il tarixində keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.
Bu gün, 18:07
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bu gün, 18:00
Rusiya ordusu Ukraynada bir qəsəbəni nəzarətə götürüb
Bu gün, 17:41
İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
Bu gün, 17:40
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"
Bu gün, 17:35
Qızıl və gümüş bahalaşdı
Bu gün, 17:22
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Bu gün, 16:50
Almaniya kansleri: "Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir"
Bu gün, 16:49
Prezident: "Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir"
Bu gün, 16:36
"Qış Parkı" yeraltı parklanma ərazisi "Parkzone" sistemi ilə tam şəkildə avtomatlaşdırıldı
Bu gün, 16:30
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb
Bu gün, 15:25
İlham Əliyev ilə Fridrix Mertsin təkbətək görüşü keçirilib
Bu gün, 15:24
Şamaxını iki rayonla birləşdirən yeganə yol çökdü
Bu gün, 15:02
Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar
Bu gün, 14:30
Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR
Bu gün, 14:26
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO - VİDEO
Bu gün, 14:11
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO
Bu gün, 14:04
Jurnalistika ixtisasını seçənlərin NƏZƏRİNƏ: DƏYİŞİKLİK EDİLDİ
Bu gün, 13:05
İşəgötürənlərin NƏZƏRİNƏ: "İşçi xəbər verməmişdi" bəhanəsi keçərsizdir"
Bu gün, 11:53
Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadıldı
Bu gün, 11:50
Əfqanıstanda daşqın fəlakəti: Azı 20 nəfər ölüb, yüzdən çox insan itkin düşüb - VİDEO
Bu gün, 11:43
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq
Bu gün, 11:24
Çin və Filippin arasında gərginlik: Rəsmi Pekin səfiri XİN-ə çağırdı
Bu gün, 11:15
Azərbaycanda əhalinin gəlirləri ARTIB - RƏSMİ
Bu gün, 11:07
İlham Əliyev Kral Filipi təbrik etdi
Bu gün, 10:59
"Sultan Həsən Bahadur" filminin təqdimatı olub - FOTO - VİDEO
Bu gün, 10:23
Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
Bu gün, 10:10
Azərbaycanda əhalinin sayı artıb