Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq
Bölgə
12 dek 2023 | 13:19
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir.

Birinci mərhələdə kəndə 2 951 nəfərin köçürülməsi üçün 719 fərdi ev inşa olunacaq. Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, üçü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ daşlardan istifadə edilir. Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən üç kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5 990 nəfərin (1 500 ailə) məskunlaşması planlaşdırılır.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirir ki, Xıdırlı kəndinin tikintisi də digər yaşayış məntəqələri kimi, dörd mərhələdən ibarət olacaq: ərazinin hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının tikintisi, kommunikasiya şəbəkəsinin və yolların inşası. Artıq ərazidə vertikal hamarlama işləri başa çatıb, yaşayış evlərinin tikintisi həyata keçirilir.

Evlər, əsasən, birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq. Sarıcalı və Kəngərli kəndləri ilə müqayisədə Xıdırlı kəndinin relyefi daha sərtdir. Bu səbəbdən vertikal şaquli planlama işləri həyata keçirilməlidir. Kanalizasiya və yağış sularının mərkəzi şəbəkəyə ötürülməsi üçün işlər görülür.Övsət Həmidovun sözlərinə görə, Xıdırlıda torpaqların şişən və çökən qrunt olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da böyük torpaq kütləsinin çıxarılmasını tələb edir:

“Daha yüksək texnoloji materiallardan istifadə etməklə bunun həllinə çalışırıq. Düşünürəm ki, bu materialların tətbiqi ilə biz ciddi qənaət edəcəyik. Torpaq kütləsinin ərazidən çıxarılmasının qarşısı alınacaq. Bu da yekun nəticədə büdcəyə qənaətə səbəb olacaq. Eyni zamanda, yolların gələcəkdə çökmə təhlükəsi az olacaq. Bu materialların tətbiqi üçün müvafiq hesabatlar aparılıb”.

Xıdırlı kəndinin tikintisində çalışanlarla söhbət zamanı onların hər birində yüksək əhvali-ruhiyyənin şahidi oluruq. İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Hörgü işində çalışan Elşən Əliyev deyir:

“Çox sevinirik ki, işğalda olan bütün torpaqlarımız azad edildi və aparılan tikinti işlərində mənim də əməyim var. Bundan əvvəl Laçın rayonunun tikintisində iştirak etmişəm. Allah Ordumuzu qorusun! Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin”.Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə bir şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.









Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start