Martın 2-də buraxılış imtahanı keçiriləcək
Bölgə
27 fev 2025 | 12:30


Martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

“İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər”,- məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidir.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb. İmtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Qeyd edək ki, imtahan 35 şəhər və rayonunda təşkil olunacaq, 57437 şagirdin iştirakı nəzərdə tutulur.
Bu gün, 17:00
Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO
Bu gün, 16:35
Milli Onkologiya Mərkəzi xərçəng dərmanları üçün 35 milyon manatlıq tender elan etdi
Bu gün, 16:14
Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə saziş təsdiqləndi
Bu gün, 15:30
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK
Bu gün, 15:16
Zəngilanda suvarma sisteminin qurulmasına bir milyon manat xərclənəcək
Bu gün, 14:30
Dağıstanda fövqəladə vəziyyət: Dörd kənd su altında qala bilər - VİDEO
Bu gün, 14:18
MİQ imtahanlarının vaxtı AÇIQLANDI
Bu gün, 14:00
Boksun əfsanəsi Bakıya gəlir - Azərbaycanlı çempiona dəstək olacaq
Bu gün, 12:12
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər işıqsız qalıb - FOTO - VİDEO
Bu gün, 12:10
Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
Bu gün, 11:59
Azərbaycanın məşhur alimi faciəvi şəkildə öldü
Bu gün, 11:30
İran son itkilərini AÇIQLADI
Bu gün, 11:02
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlandı
Bu gün, 11:00
Azərbaycanda nadir avtomobillərin güzəştli idxalı üçün müraciətlər başlayır
Bu gün, 10:55
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
Bu gün, 10:30
Sosial müavinət alanlara ŞAD XƏBƏR
Bu gün, 10:10
Ceyhun Bayramov: Danışıqlar ABŞ-Ermənistan arasında aparılır
Bu gün, 10:06
Qızıl bahalaşdı
Bu gün, 10:03
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
Bu gün, 09:40
Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışdı
Dünən, 14:30
HHQ və XTQ komandanları təltif olundular - FOTO
Dünən, 12:55
Azərbaycan və İordaniya viza rejimini ləğv edir
Dünən, 12:53
Komandolar təlim meydanlarına çıxarıldı - Nazir hadisə yerində - VİDEO
Dünən, 11:28
850 əcnəbi Azərbaycandan çıxarıldı - RƏSMİ
Dünən, 11:27
NATO zirvəsində qeyri-adi hadisə: Bu ölkəni iki lider təmsil edir
Dünən, 11:11
İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul edib - FOTO
Dünən, 10:30
Sel suları Balakəndə fəsadlar törətdi, həyətləri su basdı - VİDEO