MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib

Azerimedia.Az xəbər verir ki, müvafiq qərarlar oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.
2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi təşəbbüsü Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinə məxsusdur.
Onun həyata keçirilməsi əhalinin sosial dəstəyi sahəsində Birlik dövlətlərinin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsinə, əmək bazarında fəal tədbirlərin inkişaf etdirilməsinə, vətəndaşların rifahının və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
2028-ci il ərzində davamlı sosial inkişafa və həyat keyfiyyətinin yüksəldilməsinə kömək etməyə yönəlmiş tədbirlərin keçirilməsi planlaşdırılır. Onlar sosial-əmək sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsini, pilot layihələrin həyata keçirilməsini, əhalinin sosial dəstəyi üzrə ən yaxşı təcrübələrin yayılmasını, eləcə də hüquqi, sosial-iqtisadi və demoqrafik siyasət məsələləri üzrə beynəlxalq forumların və dialoq meydançalarının keçirilməsini nəzərdə tutur.
2029-cu ili MDB-nin Nəqliyyat Əlaqəliliyi İli elan etmək təşəbbüsü Türkmənistana məxsusdur.
Bu qərar Türkmənistanın 2026-cı ildə MDB-də sədrliyi Konsepsiyası və onun icrasına dair tədbirlər planı ilə nəzərdə tutulan məqsədlərin reallaşdırılmasının məntiqi davamı olub.
Birlik çərçivəsində nəqliyyat əlaqəliliyi infrastrukturun inkişafını, müxtəlif nəqliyyat növlərinin əlaqələndirilməsini, sahənin rəqəmsallaşdırılmasını və daşımaların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Bu tədbirlər iqtisadi inteqrasiyaya, xarici ticarət əlaqələrinin möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına təkan vermək məqsədi daşıyır.
2026-cı ildə MDB-də sədrliyi çərçivəsində Türkmənistan iqtisadi əməkdaşlığın və nəqliyyat qarşılıqlı əlaqəliliyinin inkişafına, o cümlədən Birlik dövlətlərinin logistika və infrastruktur potensialının tam açılması üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirir.
Qarşılıqlı fəaliyyətin əsas istiqamətləri nəqliyyat əlaqəliliyinin inkişaf etdirilməsi, dayanıqlı və əlçatan nəqliyyat və tranzit dəhlizlərinin, o cümlədən dənizə çıxışı olmayan dövlətlər üçün formalaşdırılması üzrə səylərin birləşdirilməsi, habelə Xəzər regionunda çoxtərəfli əməkdaşlığın genişləndirilməsidir.
Bu istiqamətlər dayanıqlı inkişaf üzrə qlobal gündəliyə uyğundur və BMT-nin 2026-2035-ci illər üçün Dayanıqlı Nəqliyyat Onilliyinin elan edilməsinə dair təşəbbüsü ilə bağlıdır.
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq