Qızılgül kolları ilə zanbaqların "müharibəsi": 8 Mart ərəfəsində gül bazarında VƏZİYYƏT
"Gülsatanların bayramı" adlandırılan günlərdən biri də 8 Mart ərəfəsidir. Beynəlxalq Qadınlar Günündən öncə Bakının gül dükanları sevdiklərini, xanımlarını, analarını, qızlarını sevindirmək istəyən bəylərlə dolub-daşır.
Oxu.Az-ın əməkdaşı gül mağazalarına baş çəkib, bu bayramda üzləri güldürəcək gül buketlərinin neçəyə başa gələcəyini araşdırıb.
Təqdim edilən çiçək çeşidləri elə qiymətləri kimi müxtəlifdir. Bazarda ən ucuz güllər zanbaqlardır - qiyməti 1 ədəd üçün 2 manat 50 qəpiklə 3 manat arasında dəyişir.
Qızılgüllər zirvədən düşmür - ucuzu 4, bahası 6 manatadır.
Gül satışı ilə məşğul olan Fuad Paşazadə qeyd edir ki, bayramla əlaqədar olaraq hazırda güllərə tələbat artıb:
"Alıcılıq qabiliyyəti yaxşıdır. Hazırda qiyməti daha münasib olduğu üçün zanbaqlar daha çox satılır. Üç-beş ədəd zanbaqdan buket bağlatdıranlar çoxdur. Qızılgüldə də tələbat yaxşıdır, birinin qiyməti 6 manatdır. Qızılgül buketi istəyən də olur, tək alan da. Belə buket üçün minimum beş qızılgül olmalıdır ki, gözəl alınsın.
Nərgiz güllərimiz var, birinin qiyməti 6 manatadır.
Çobanyastığından da gözəl buketlər hazırlayırıq. Qiyməti 40-45 manatdan başlayır. Buketə görə qiymət dəyişir".
Digər bir satıcı Natiq Novruzov da alıcıların qızılgül və zanbağa üstünlük verdiklərini deyir:
"Yerli qızılgülün ədədi 4 manata, xarici qızılgülün biri isə 6 manatadır. Zanbaqların ədədi 2.5 manatadır. Çöl çiçəkləri də yaxşı alınır. Bir ədədi 3 manatadır. Buket formasında hazır güllər alanlar da az deyil. Onların da qiyməti 20 manatdan başlayır, 100 manata qədər davam edir.
Səbət gülləri də satırıq, 20-45 manat aralığında dəyişir qiyməti. Səbətlərə tələbat yaxşı olsa da, zanbaqlar qədər çox satılmır".
Başqa bir satıcı Fərid Məcidov alverdən məmnundur:
"Şükür, alıcılıq qabiliyyəti yaxşıdır. Sevənlər əzizlərinə gözəl güllərdən alırlar. Üstünlük daha çox kol şəklində olan qızılgüllərədir. Onların qiyməti standart olaraq 15 manatdır. Zanbaqlar da yaxşı satılır. Yerli zanbağın ədədi 2 manat 50 qəpiyə, xarici zanbağın dənəsi 3 manatadır. Keçən illə müqayisədə qiymətlərdə heç bir dəyişiklik olmayıb. Əvvəl necə idisə, indi də elədir. Qızılgülün bir ədədi 5 manatadır. Bir buket üçün 11, 51, 101 qızılgül alan da olur. Bu da gül alanın büdcəsinə baxır".
Qısa hesablamalarımıza görə, ən ucuz gül hədiyyəsi iki manat yarıma, 101 qızılgüldən ibarət buket 505 manata başa gələcək. Amma son nəticədə bu gül dəstələrinin doğurduğu təbəssüm eyni dəyərdədir - yəni qiymətsiz...
Bayramınız mübarək, əziz qadınlar!

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start