"McDonald"s Azərbaycan" 100% halal mal ətindən tam istifadəyə keçdiyini elan etdi!
Cəmiyyət / Video
17 iyn 2025 | 10:59
"McDonald"s Azərbaycan" şirkəti yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib.

Artıq bütün restoranlarda ətli burgerlərin hazırlanmasında yalnız Azərbaycanda istehsal olunmuş, beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi tələblərinə tam uyğun olan mal ətindən istifadə olunur.

Tədarükləri "AzProtein Foods Group" şirkəti həyata keçirir. Şirkətin Buzovna qəsəbəsində yerləşən zavodunun ərazisində qabaqcıl texnologiyalarla təchiz olunmuş və "McDonald"s"ın beynəlxalq standartlarına uyğun şəkildə layihələndirilmiş ixtisaslaşmış kompleks inşa edilib. Lokallaşma prosesində həm yerli, həm də beynəlxalq ekspertlər iştirak ediblər ki, bu da layihənin bütün mərhələlərində yüksək keyfiyyətə nəzarəti təmin edir.

Burgerlərin tərkibi isə əvvəlki kimi dəyişməz olaraq qalır: yalnız 100% mal əti istifadə olunur, heç bir əlavə qatqı yoxdur - restoranda yalnız duz və istiot əlavə edilir.

Heyvanlar ölkə ərazisində optimal şəraitdə saxlanılır, yalnız təbii yemlər əsasında balanslaşdırılmış qidalanma ilə təmin olunurlar və daim baytar nəzarətində olurlar.

İstehsal proseslərinin "Halal" standartlarına uyğunluğu "AzeSERT HALAL" sertifikatlaşdırma qurumu tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq tələblər əsasında rəsmi şəkildə təsdiq olunub. İstehsalın bütün mərhələlərinə xüsusi təlim keçmiş işçi heyəti nəzarət edir və proseslər ciddi şəkildə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

İstehsal və logistika - məhsulun daşınması və saxlanması zamanı temperatur rejimi də daxil olmaqla - ixtisaslaşmış mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Məhsul həmçinin müstəqil laboratoriya analizlərindən keçirilir və Almaniyada yerləşən "McDonald"s"ın Avropa keyfiyyət mərkəzində test edilir.

Ət tədarükünün lokallaşdırılması "McDonald"s Azərbaycan" şirkətinin ölkədaxili dayanıqlı təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasında mühüm mərhələdir. Şirkət bundan əvvəl süd məhsulları, tərəvəz və sous tədarükünün də lokallaşdırılmasını həyata keçirmişdi. Mal ətinin lokallaşdırılması təşəbbüsü isə yalnız daxili bazar üçün deyil, eyni zamanda qonşu ölkələrə ixrac üçün də əlavə imkanlar yaradaraq yerli iqtisadiyyatın inkişafına töhfə verir.

Qeyd edək ki, "McDonald"s Azərbaycan" yerli istehsalçılarla əməkdaşlığını genişləndirməyə davam edərək, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin möhkəmləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq