Xüsusi qabiliyyət imtahanlarına start verilir
Cəmiyyət
12 iyn 2026 | 16:40
Xüsusi qabiliyyət imtahanlarına start verilir.

Azerimedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

22 iyun 2026-cı il tarixindən etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası,Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.

İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113, yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53 –cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi " çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstərilir. Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış U086 (peşəyə yararlığı haqqında həkim rəyi hissəsində "yararlıdır" və ya "sağlamdır" qeydi olmalıdır) gətirməlidirlər.

Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə qəbul olmaq istədiyi ixtisasa uyğun qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları imtahana hazırlaşmaları üçün ən zəruri materiallar ilə "Abituriyent" jurnalının "Musiqi sənəti", "Teatr, kino və xoreoqrafiya sənəti", "İdman", "Təsviri sənət", "Memarlıq" və "Jurnalistika/İslamşünaslıq" istiqamətləri üzə 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında tanış ola bilərlər.

Komissiyalar üzrə imtahan tarixləri, imtahana buraxılış vərəqələri (imtahana ən azı 5 gün qalmış) mərhələli şəkildə abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrində yerləşdiriləcək.

Qeyd: Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.
Bu gün, 14:13
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
Bu gün, 14:12
Quba-Xəzəryanı ərazidə neft-qaz axtarışlarına start verilir
Bu gün, 14:06
"Trabzonspor" baş məşqçi postuna Şenol Güneşi gətirir
Bu gün, 13:19
Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
Bu gün, 13:11
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Bu gün, 13:08
Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı
Bu gün, 12:30
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Bu gün, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Bu gün, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Bu gün, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Bu gün, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Bu gün, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Bu gün, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Bu gün, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Bu gün, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb