Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ

Azerimedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının ginekoloqu Leyla Allahverdiyeva danışıb.
Onun sözlərinə görə, bu mərhələdə hormon səviyyələrinin yüksəlməsi orqanizmin funksiyalarını aktivləşdirir və bədənin xarici görünüşündə nəzərəçarpan dəyişikliklərə səbəb olur:
"Boy sürətlə uzanır, bədən ölçüləri tədricən dəyişərək daha yetkin formaya yaxınlaşır. Dərinin strukturu dəyişir, yağlılıq artır, həmçinin hər iki cinsdə bədənin müxtəlif bölgələrində tüklənmə artır, fiziki görünüş dəyişir və dəridə sızanaqlar əmələ gəlir. Bu dəyişikliklər, xüsusilə fiziki inkişaf tempi həmyaşıdlarından fərqli olduqda bəzən yeniyetmələrdə narahatlıq və ya özünəinamın azalmasına gətirib çıxara bilər. Buna görə də, fiziki dəyişikliklərin normal inkişaf prosesinin bir hissəsi kimi izah edilməsi və lazımi psixoloji dəstəyin göstərilməsi yeniyetmənin sağlam özünüqavrayışı üçün vacibdir.
Qızlarda bu dövrdə hormonal dəyişikliklər nəticəsində menstruasiya başlayır, menstrual sikl formalaşır, süd vəziləri böyüyür və inkişaf edir, çanaq genişlənir. Bədən quruluşunda əzələ və piy nisbətində dəyişikliklər müşahidə olunur. Yumurtalıqların fəaliyyəti aktivləşir və reproduktiv sistem tədricən yetkinləşir.
Oğlanlarda isə testosteron hormonunun artması ilə səs tembri qalınlaşır, əzələ kütləsi artır, çiyinlər enlənir və boy sürətlə uzanır. Bu dövrdə cinsiyyət orqanları inkişaf edir və sperma istehsalı başlayır. Həm qızlarda, həm də oğlanlarda bu dövr emosional dəyişikliklərlə də müşayiət olunur. Yeniyetmələrdə əhval-ruhiyyə dəyişkənliyi, özünüifadə və sosial münasibətlərdə fərqliliklər görünə bilər. Eyni zamanda, müstəqillik axtarışı və şəxsiyyətin formalaşması prosesi də aktivləşir".
Yeniyetmələrdə reproduktiv sağlamlığın qorunması üçün nələr tövsiyə olunur sualına gəldikdə isə L.Allahverdiyeva bildirib ki, ilk növbədə düzgün və balanslı qidalanma, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik vacibdir:
"Orqanizmin inkişaf dövründə vitamin və mineral balansının qorunması hormonal sistemin sağlam fəaliyyətinə müsbət təsir göstərir. Stressin düzgün idarə olunması və zərərli vərdişlərdən uzaq durmaq da hormonal tarazlığın pozulmaması üçün mühüm amillərdir. Gigiyena qaydalarına riayət etmək, menstrual sağlamlıq haqqında düzgün məlumatlı olmaq və bədən dəyişikliklərini normal proses kimi qəbul etmək yeniyetmələrin psixoloji rahatlığı üçün vacibdir. Hansısa narahatlıq olduqda vaxtında həkimə müraciət etmək erkən diaqnostika baxımından böyük əhəmiyyət daşıyır.
Eyni zamanda ailə daxilində açıq ünsiyyətin qurulması, valideynlərin maarifləndirici və dəstəkləyici mövqeyi yeniyetmələrin sağlam qərarlar qəbul etməsinə kömək edir. Rəqəmsal mühit və sosial şəbəkələrin təsiri nəzərə alınaraq, gənclərin etibarlı tibbi məlumat mənbələrinə yönləndirilməsi də vacibdir. Elmi əsaslı reproduktiv maarifləndirmə ilə təmin olunan yeniyetmə gələcəkdə daha sağlam həyat tərzi və məsuliyyətli davranış nümayiş etdirir".
Bu gün, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Bu gün, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Bu gün, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Bu gün, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Bu gün, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Bu gün, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Bu gün, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Bu gün, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
11-09-2026, 14:23
Səudiyyə Ərəbistanı Yəmənin Moxa hava limanına aviazərbələr endirib
11-09-2026, 14:00
Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”
11-09-2026, 13:13
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
11-09-2026, 12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
11-09-2026, 12:18
Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
11-09-2026, 11:21
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
11-09-2026, 11:00
İctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?