Təkrar keçiriləcək buraxılış imtahanında neçə nəfər iştirak edəcək?
Cəmiyyət
19 iyn 2026 | 10:29
Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Azerimedia.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (görmə əngəlli, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.
Bu gün, 14:13
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
Bu gün, 14:12
Quba-Xəzəryanı ərazidə neft-qaz axtarışlarına start verilir
Bu gün, 14:06
"Trabzonspor" baş məşqçi postuna Şenol Güneşi gətirir
Bu gün, 13:19
Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
Bu gün, 13:11
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Bu gün, 13:08
Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı
Bu gün, 12:30
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Bu gün, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Bu gün, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Bu gün, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Bu gün, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Bu gün, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Bu gün, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Bu gün, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Bu gün, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb