Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçirilir
Cəmiyyət
1 iyl 2026 | 10:52
Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçirilir.

Azerimedia.Az xəbər verir ki, illik toplantıda bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq ediləcək, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda baş tutacaq biznes forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda, forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq.

Tədbir çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmış çoxtərəfli beynəlxalq inkişaf maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqinə xidmət edir, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kreditlərin və kredit xətlərinin təqdim edilməsi, investisiyaların və zəmanətlərin verilməsi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.
Bu gün, 14:13
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
Bu gün, 14:12
Quba-Xəzəryanı ərazidə neft-qaz axtarışlarına start verilir
Bu gün, 14:06
"Trabzonspor" baş məşqçi postuna Şenol Güneşi gətirir
Bu gün, 13:19
Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
Bu gün, 13:11
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Bu gün, 13:08
Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı
Bu gün, 12:30
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Bu gün, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Bu gün, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Bu gün, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Bu gün, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Bu gün, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Bu gün, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Bu gün, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Bu gün, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Bu gün, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb