Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

Azerimedia.Az xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir.
Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.
Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.
Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanının və stansiyanın dayanıqlığının artırılması 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti "Həzi Aslanov" stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.








Bu gün, 17:40
Alban-Udi xristian dini icmasından Ermənistana XƏBƏRDARLIQ
Bu gün, 17:36
Səhiyyə Nazirliyi deputat Səyyad Arana CAVAB VERDİ
Bu gün, 17:33
Avtobuslarla bağlı mühüm yenilik: Boş yer olanda bildiriş gələcək
Bu gün, 17:22
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bu gün, 16:30
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM
Bu gün, 16:20
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Bu gün, 15:35
Mənzil satanlara bəd xəbər: QİYMƏTLƏR BELƏ OLACAQ
Bu gün, 12:30
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Bu gün, 11:11
Zakir Həsənov döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı tapşırıq verdi - VİDEO
Bu gün, 11:10
Azərbaycan XİN Beliz və Maltanı təbrik etdi
Bu gün, 11:06
Bu avtobuslar daha "Şamaxinka"da dayanmayacaq
Bu gün, 10:38
Nadir Məmmədov qisas məqsədilə qəsdən öldürülüb, su quyusna atılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:32
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Bu gün, 10:30
Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq
Bu gün, 09:35
Türkiyədə güclü zəlzələ
18-09-2026, 17:17
"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" - VİDEO
18-09-2026, 16:20
Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO
18-09-2026, 13:56
Tofiq Bəhramov stadionu təmir olunacaq - 300 min manatlıq layihə
18-09-2026, 13:55
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
18-09-2026, 13:11
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
18-09-2026, 12:50
ATU-nun klinikası 2.5 milyon manatlıq tibbi ləvazimat alır
18-09-2026, 12:30
Robert Koçaryan məhkəməyə belə gətirildi - FOTO - VİDEO
18-09-2026, 11:31
Azərbaycanda bu şəxslərə mənzil verildi
18-09-2026, 11:18
Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq - YENİ LAYİHƏ
18-09-2026, 11:00
Bu şəxslərə şad xəbər - Pulu əvvəlcədən ALACAQLAR
18-09-2026, 10:50
DTX-nin keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
18-09-2026, 10:30
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi